İtaliya senatoru: “Sizdən öyrənəcəyimiz çox dəyər var”

İtaliya senatoru: Sizdən öyrənəcəyimiz çox dəyər var

İtaliyada fəaliyyət göstərən Teveri (Tevere) İnstitutunun paytaxt Romada təşkil etdiyi dostluq ziyafətinə müxtəlif təbəqələrdən say-seçmə qonaqlar dəvət edildi. Müxtəlif ölkələrin Vatikandakı səfirləri, millət vəkilləri, çox sayda diplomat, alim, sənətçi, dərnək rəhbərləri və jurnalistlərin iştirak etdiyi ziyafətdə dialoqun isti nəfəsi duyuldu. Ziyafətdə çıxış edən İtaliya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri senator Paolo Amato Fəthullah Güləni böyük ehtiramla yad etdi. 2007-ci ildən bəri mərkəzi Romada yerləşən Teveri İnstitutunun illik VI Dostluq Ziyafəti Palazzo Brankaçoda (Palazzo Brancaccio) keçirildi. Ziyafətdə Türkiyə, Avstraliya, İndoneziya, Yaponiya, İsrail, Uruqvay, Kamerun, Slovakiya, Macarıstan, Çernoqoriya kimi ölkələrin Vatikandakı səfirləri, Türkiyə və Azərbaycanın İtaliya təmsilçiləri, ŞKTC-nin Roma nümayəndəsi, İtalya Demokrat Partiyasının Millət vəkili Laura Froner, çox sayda elm adamı, dərnək rəhbərləri, jurnalist və sənətçilərdən ibarət iki yüzdən çox say-seçmə qonaqlar iştirak etdi.

İtalya senatoru: “Sizdən öyrənəcəyimiz çox dəyər var”

Açılış çıxışında Teveri İnstitutunun fəaliyyətindən bəhs edən Mustafa Cenap Aydın imperiya dövründən Romanın tolerant bir şəhər olmasından, hər kəsə səmimi şəkildə qucaq açmasından bəhs etdi. Daha sonra kürsüyə dəvət edilən senator Paolo Amato tədbiri təşkil edən Teveri İnstitutuna təşəkkürünü bildirdi. Amato çıxışında: "Təsirinə düşdüyüm çox maraqlı fikirləri olan bu Türk mütəfəkkirini İtalya siyasətçiləri və İtalya mədəniyyət xadimlərinin tanımasını istərdim. Bu mütəfəkkirin adı Fəthullah Güləndir. Əmin olun ki, Teveri İnstitutunda çalışan dostları yaxından tanımalıyıq", - dedi. Teveri İnstitutundan fəaliyyətlərini davam etdirməsini və yeni kəşflər üçün zəmin hazırlamasını istəyən Amato: "Bizim sizə verəcəyimiz dəyərlərimiz olsa da, sizdən öyrənəcəyimiz dəyərlərə çox ehtiyacımız var", - dedi. Demokrat Partiyasının Millət vəkili Laura Froner isə Teveri İnstitutuna təşəkkürlərini bildirdikdən sonra: "Hər nə qədər biz -mən və senator Amato- bir müddətdir ki, əməkdaşlıq etsək də, fərqli iki partiyanın üzvüyük. Bu belə dialoqun potensialını, imkanlarını anlamağa kifayətdir. Düşünürəm ki, hamımız hər kəsə dialoq qapılarını açmalıyıq", - dedi. Froner bu ab-havanı iş yerlərinə, evlərə, evdən kənar mühitlərə, ölkələrə və ölkə xaricinə də yaymağın zəruriliyindən, yalnız dostluq hislərini gücləndirərək, birlikdə yaşamağın mümkünlüyündən danışdı. Türkiyənin Vatikandakı səfiri professor Kənan Gürsoy çıxışında bu kimi tədbirlərin insan təbiətinə xas xüsusiyyətlərin canlanmasına zəmin hazırladığını qeyd etdi.

Abdullah Aymaz: “Bu çətin iş hər şeyə dəyər”

Tədbirdə iştirak edən “Zaman” qəzetinin yazarı Abdullah Aymaz dünyada sülh və əmin-amanlığın yalnız dialoqla mümkün olduğunu vurğuladı. Aymaz: "İnsan tanımadığı şeyə düşməndir. Bir-birimizi tanımaq üçün bir araya gəlməliyik. Bunun çox çətin iş olduğunu, hətta iynə ilə quyu qazmaq qədər müşkül olduğunu deyənlər var. İynə ilə deyil, saç tükləri ilə də olsa bu quyunu qazmalı, bu çox çətin işi mütləq görməliyik", - dedi. Rəvayətlərə görə Hz. Musa (ə.s.) ilə görüşən Xızırın “ab-həyat”a – ölməzlik suyuna, ölümsüz bir həyata qovuşduğunu deyən Aymaz: "Bizim qazacağımız bu dialoq quyusundan ölməzlik, əmin-amanlıq və sülh suyu çıxacağına və bu suyun insanları amansız düşmənçilik və müharibələrdən qurtaracağına görə hər şeyə, verilən bütün əməklərə dəyər", - dedi.

Makkarti (McCarthy): “Gözəl, yaddaqalan bir gecə”

Tədbirdə Romada ali təhsilini davam etdirən Gülbahar Günay ifasında qanun dinləyən qonaqlardan bəziləri bu musiqi alətini yaxından görmək üçün səhnəyə yaxınlaşdı. Senator Paolo Amato, Millət vəkili Laura Froner və səfir Kənan Gürsoyu birlikdə "Dostluq tortu" kəsdilər. Daha sonra Osmanlı ənənəsinə uyğun olaraq qonaqlara “diş kirayəsi (hədiyyə)” paylandı. Yekunda fikirlərini bölüşən Vatikanın Avstraliyadakı səfiri Con Makkarti (John McCarth): "Bu füsunkar şəhərdə gözəl gecə keçirdik. Dinlərarası dialoq Romanın qəlbi sayılır", - dedi. Dinlərarası dialoqun bir çox nümayəndəsi ilə tanış olduğunu deyən Makkarti Teveri İnstitutuna minnətdarlığını bildirdi.

Senator Amatodan Türkiyəyə “Hizmət”ə görə təşəkkür

Senator Paolo Amato tədbir haqda fikirlərini bildirdi: "Əla bir gecə idi. Yeməklər çox gözəl idi ki, biz İtalyanlar üçün bu çox əhəmiyyətlidir, amma ən gözəl yemək mənəvi qida idi. Çünki burada dostluq, qardaşlıq, xoşgörü və dialoq vardı. Gələn hər kəs buna şahid oldu ki, tanış olmaq, söhbət etmək üçün bir araya gəlmənin heç kimə zərəri yoxdur. Ona görə də Teveri İnstitutunun bütün həmkarlarına, o cümlədən bütün Türkiyəyə təşəkkür edirəm ki, bu hərtərəfli uşaqları dünyanın hər yerinə göndərirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.