“İzvestiya” qəzeti Fəthullah Güləni Soljenitsinə bənzətdi

Rusiya mətbuatı dünyanın bir çox ölkəsində açılan Türk məktəbləri və dialoq fəaliyətləri ilə adı tez-tez gündəmə gələn Fəthullah Güləndən danışdı. Rusiyanın nüfuzlu qəzeti “İzvestia” bu gün Dialoq Avrasiya (DA) jurnalı ilə birlikdə paylandı. “DA” jurnalının son sayında Rusiya ziyalılarının Gülənə ünvanladığı sual və cavablar əksini tapır.

Jurnalın paylanması ilə bağlı bir yazı dərc edən qəzet “DA” jurnalının təsisçisi “Dialoq Avrasiya Platforması”nın onuncu ilini qeyd etdiyini, platformanın məqsədinin Avrasiya coğrafiyasında mədəniyyətlər arasında körpülər quraraq, müllətlərin yaxınlaşmasını təmin etmək olduğunu qeyd etdi. Qəzet platformanın güc və fikirləri terror, müharibə və göz yaşı üçün deyil, bütün dünyada sülh, sevgi və əmin-amanlıq üçün birləşdirməyə çalışdığını vurğuladı.

Məqalədə Gülənin jurnalın baş qəhrəmanı olmasının təsadüf olmadığı qeyd edilir: "Dünyada məşhur mütəfəkkir Fəthullah Gülən keçən il dünya intellektləri arasında birinci yerə layiq görüldü. Bu ifadələr Gülənə məxsusdur: “İnsanların müxtəlifiliyi ixtilaf üçün deyil, ortaq ictimai məqsəd, qarşılıqlı yardımlaşma və xidmət üçündür”, “İnsanın xeyixah olması, doğrunu və yaxşılığı axtarması bizi daha da yaxınlaşdırır”.

Yazının geniş mətini oxumaq üçün:

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.