Jurnalistlər və yazarlar vəqfindən (GYV) ictimaiyyətə açıqlama

Câmia’nın, parti kurma gündemi asla olmayacak

Bildiyimiz kimi, Türkiyə bir neçə seçki ərəfəsindədir. Belə bir şəraitdə təbii olaraq bir çox mübahisə və fərqli düşüncələr meydana gəlir. Bu da özlüyündə demokratik cəmiyyətin təzahürüdür.

Seçkilərin yaxınlaşmasının da təsiri ilə Hizmət hərəkatının “siyasi partiya qurma fəaliyyətinə başlaması” barəsində müəyyən şəxslər tərəfindən müxtəlif yerlərdə fikirlər səsləndirilir. Lakin bu həqiqətdən uzaq iddialar Türkiyədə siyasəti və qayəsi bəşəriyyətə xidmət olan hərəkatı düzgün anlamamağın bir nəticəsidir. Düzü, həm Türkiyənin, həm də Hizmətə könül verən kütlənin sosioloji təməllərini anlamaqda çətinlik çəkən şəxslərin ortaya atdığı bu kimi iddiaların müəyyən dairələrdə qəbul edilməsi bizi həm məyus edir, həm də təəccübləndirir.

Bütün imkanlarını və gücünü həm Türkiyədə, həm də dünyanın bir çox ölkəsində bəşəri sülhün bərqərar olması uğrunda sərf edən hərəkatın partiya qurmaq kimi bir niyyəti yoxdur və olmayacaq. Hizmət hərəkatı həmişə olduğu kimi, bu gün də insanları yalnız sülh və əmin-amanlıq içində birgəyaşayış mədəniyyətinin təsisi istiqamətində sivil layihələri həyata keçirməyə təşviq edir.

Seçkilərin yaxınlaşması ilə əlaqədar bu kimi əsassız iddiaların artacağını nəzərə alaraq Hərəkatın siyasi baxışına dair bəzi məqamları qeyd etməyin faydalı olacağını düşünürük.

1. Müxtəlif siyasi görüşə malik insanların könüllü şəkildə dəstəklədiyi Hizmət hərəkatının siyasi partiya qurması, qurdurması, ya da hər hansı bir partiya ilə birləşməsi həm nəzəri, həm də praktik olaraq qətiyyən mümkün deyil.

2. İnsanlığa xidmət etməkdən başqa bir qayəsi olmayan bu Hərəkat ona könül verənlərə siyasətə münasibətlərini dəyərlər və prinsiplər çərçivəsində müəyyənləşdirməyi tövsiyə edir. Bunlar insan hüquqları, demokratiya, şəffaf və ədalətli idarəçilik, plüralizm, hüququn aliliyi, inanc və söz azadlığı kimi dəyərlərdir. Bu dəyərlərə sadiq olan bütün siyasi partiyalar seçilə bilər.

3. Digər tərəfdən siyasətlə məşğul olmaq, şübhəsiz ki, qanuni və vətən üçün faydalı bir işdir. Buna görə də Hərəkatdan təsirlənən bir insanın öz qərarı ilə aktiv siyasətlə məşğul olması çox təbiidir. Hərəkatın “partiya qurmamaq və heç bir partiya ilə birləşməmək” prinsipi ilə Hizmətə könül verən bir insanın şəxsi seçimi ilə aktiv siyasətlə məşğul olması qətiyyən bir-birinə qarışdırılmamalıdır.

Hörmətlə...

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.