“Kalb İbresi” çapdan çıxdı
“Kırık Testi” kitab silsiləsinin doqquzuncu cildi “Kalb İbresi” çapdan çıxdı. Bu kitab Fəthullah Gülən Xocaəfəndinin “İkindi söhbətləri”nin əsasında qələmə alınmışdır. Kitabda İslamiyyətin əsrlərlə topladığı təcrübəsindən, gündəlik fərdi-ictimai məsələlərindən, tətbiqindən bəhs olunur.
11 ildir, qürbətdə ömür sürən Fəthullah Gülən səhhəti imkan verdikcə o dərin və sadə üslübla “ikindi söhbətləri”nə davam edir. Verilən sualları İslamiyyətin əsrlərlə topladığı təcrübəsindən, gündəlik fərdi-ictimai məsələlərindən, Quranın hikmətli işarələrindən, Peyğəmbərimizin (s.ə.s.), səhabənin həyatından, arif və alimlərin ibrətli ömürlərindən misallar gətirərək cavablandırır. Beləcə "zamanın çıldırtıcılığı" altında əzilən, aktual məsələlərin harayında sarsılan və qəlbin milini nizamlamaqda çətinlik çəkən insanlara rəhbərlik edir, yolları kəsilən və zülmə məruz qalan bir çox axırzaman yolçusuna yol göstərir.
“Kalp”ın “kalb”ə çevrilməsi
Türk dilində işlədilən "kalp" sözü əslində "kalpazan" sözünün də kökü olan və "saxta" deməkdir. Buna görə də müəllif kitabda bu iki bir-birinə zidd mənanı qarışdırmamaq üçün "kalb" sözünü işlədir. Ariflər bu məsələyə aydınlıq gətirmək üçün “kalbin kalp” olmadığını tez-tez dilə gətirirlər. “Kalp”ın “kalb”ə çevrilməsi də dirilişin, əhyanın bir əlaməti sayılır.
Kitabı əldə etmək üçün: http://www.kitapkaynagi.com/urun.php?URUN=3362&ID=2
- tarixində yaradılmışdır.