“Kimsə yoxmu?!” Uqandada müasir xəstəxana və təhsil kompleksi tikdirir
Afrika qitəsinə etdiyi yardımlarla böyük rəğbət qazanan beynəlxalq xeyriyyə cəmiyyəti “Kimsə yoxmu?!” Uqandada ölkənin ən müasir xəstəxana və təhsil kompleksini inşa edir.
Uqandanın Jinja şəhərində inşa edilən kompleksin 2014-cü ildə istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələsi tamamlanan kompleksdə xəstəxana və məktəb binası ilə yanaşı, yeməkxana və müxtəlif idman zallarının tikilməsi də nəzərdə tutulmuşdur.
Kompleksin xəstəxana şöbəsi üzrı məsul şəxs uroloq Necdət Qızılqaya “Cihan” Xəbər Agentliyinə verdiyi müsahibədə binanın Anadolu insanının etdiyi yardımlar sayəsində maliyələşdirildiyini söyləyib. Qızılqaya: “Tikilən bu xəstəxananın məqsədi Afrikanın ehtiyac içində olan xəstələrinə az da olsa kömək göstərmək və yerli xalqa xidmət etməkdir. Xəstəxananın tikinti və təmir işlərini 5-6 ay içində - bu ilin axırına tamamlamağı planlaşdırırıq”, - deyib.
Uqandada tibbi xidmətin aşağı səviyyədə olduğunu, xüsusilə əhaliyə pulsuz xidmət göstərən dövlət xəstəxanalarında vəziyyətin daha ağır olduğunu qeyd edən Qızılqaya 2014-cü ildə fəaliyyətə başlaması nəzərdə tutulan xəstəxananın səhiyyə sahəsində böyük bir boşluğu dolduraraq daha müasir şəraitdə Uqanda xalqına xidmət göstərəcəyinə inandığını qeyd edib.
Kompleksin təhsil şöbəsi üzrə məsul şəxi Ərcan Tatsız (Ercan Tatsız) isə kompleksin məktəb, yataqxana və yeməkxanadan ibarət hissəsinin tikintisinə 2012-ci ilin ilk aylarında başlandığını və hələ də davam etdiyini söyləyib.
Məktəb binasının yanında 250 nəfər tələbə tutumuna malik yataqxana və yeməkxananın da tikilməsi nəzərdə tutulmuşdur.
- tarixində yaradılmışdır.