Könüllülər Hərəkatından çox şey öyrəndim

Amerikalı aktivist və mütəfəkkir Cim Harrinqton (Jim Harrington) dünyaya yayılan “Könüllülər Hərəkatı” haqqında maraqlı fikirlər söylədi. Dinlərarası Dialoq İnstitutunun (IID) ABŞ-ın Texas ştatının mərkəzi Austində təşkil etdiyi “dostluq və dialoq ziyafəti”ndə çıxış edən Harrinqton “Xidmət Hərəkatı”nı “mülayim (mötədil) İslami hərəkat” kimi xarakterizə etdi. Dünyada mindən çox Türk məktəbinin fəaliyyət göstərdiyini və Fəthullah Gülənin hər şeyin əsasında təhsilin dayandığına inandığını qeyd edən Harrinqton, "Məktəblərdə ayrı-seçkilik yoxdur. Hər din və məzhəbdən şagird var. Bu məktəblər sayəsində kasıb ailələrin uşaqları yoxsulluqdan, təcrid edilən uşaqlar da radikal axınlara düşməkdan xilas olur", – dedi. Texas Vətəndaş Hüquqları Layihəsinin sədri olan Harrinqton ilk dəfə Türkiyədə 2008-ci ildə olub. Anadoluda başlayan Könüllülər Hərəkatı onda Fəthullah Gülən barədə bir kitab yazma fikrini oyadıb. Bundan sonra hərəkatı təfərrüatlı şəkildə araşdırdığını qeyd edən Harrinqton Könüllülər Hərəkatından çox şey öyrəndiyini dilə gətirdi.

Harrinqton bildirdi ki, Könüllülər Hərəkatından ilk öncə dialoq qurmağı və bütün fikirlərin sərbəst ifadəsinə imkan verən mühit formalaşdırmağı öyrənə biləcəyik: "...Sonra Allahla irtibatımız necə gücləndirməyi öyrənə bilərik. Bu mövzuda şəxsən mən çox şey öyrəndiyimi deyə bilərəm. Xidmətdəki insanlarla tanış olandan sonra Allahla irtibatım dəyişdi. Daha sonra haqsızlıqlara etiraz etməyi öyrənə bilərik. Üstəlik himməti də!.. İkinci Dünya müharibəsindən sonra ABŞ prezidenti Harri Truman xalqına “az yeyib avropalı qardaşlarımıza kömək edək” deyə müraciət etmişdi. Maraqlıdır, Gülən də eyni şeyi deyir. Qısaca, onun istəyi dünyaya fayda vermək üçün nəfsi tərbiyə etməkdir. Himməti təkcə pulla deyil, vaxtla da etmək olar". Harrinqton Hərəkatın yardım fəaliyyətlərinə də diqqət çəkərək Kimsə Yoxmu Dərnəyindən bəhs etdi. Baş verən fəlakətin yerindən asılı olmayaraq, dərnəyin dərhal həmin bölgəyə getdiyini və yaraları sarımağa başladığının vurğulayan Harrinqton: "Cənubi Asiya, Banqladeş, Pakistan, Peru, Myanma – hər yerdə onlar var. Hal-hazırda Somalidə can-başla çalışırlar. Haiti və Afrikaya da yardımları davam edir. Bu yaxınlarda zəlzələ baş verən Van üçün milyonlarla dollar toplandı", – dedi.

Tədbirdə öz sahəsi üzrə uğur qazanmış qonaqlar mükafatlandırıldı. Həmçinin Fəthullah Gülənin "Aç qapını, tut əlimdən, mən gəldim" şeiri Türk sənət musiqisi sədaları altında ifa edildi. Əsəri səsləndirən Onur Qayanı klarnet və qanunda Soniya Siman, neydə Frans Elliyot, cümbüşdə Çarlz Lokvud, skripkada Mari Key Hendriks, dəfdə Nikolas Raheb, sazda isə Talha Çatar müşayət etdi. Tədbirdə iştirak edən bəstəkar Zirəddin Tağıyev nəğmənin bütün hisləri cuşa gətirdiyini deyərək "Hər oxunuşda daha dərin mənalar ortaya çıxır, fərqli pəncərələr açılır" – dedi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.