Korrupsiya və vəzifədən sui-istifadə halları ilə əlaqədar istintaq haqqında açıqlama
İstanbul Baş Prokurorluğunun əmri ilə son iki gündə bəzi iş adamları, məmurlar və siyasətçilərin yaxın qohumları nəzarət altına alınmışdır. İstintaqın cəlbinə səbəb kimi göstərilən vəzifədən sui-istifadə, korrupsiya və qaçaqmalçılıq kimi hallara hər bir ölkədə rast gəlmək mümkündür. Çünki dünyada qanunlara əməl edən insanlar da var, etməyənlər də. Ədliyyə orqanları və müstəqil məhkəmələrin işi də bu cür hallarla bağlı istintaq aparmaq və mühakimə etməkdir.
Cinayət halları ortaya çıxarılandan sonra lazımi tədbirlər görmək səlahiyyətli orqanların vəzifəsidir. Sözügedən orqanlar günahsız insanlar haqda bəraət qərarı verirsə, şübhəli bilinən və təsqirləndirilən şəxslər də əleyhlərində verilən qərarların müqabilində etiraz və şikayət kimi qanuni yollardan yararlana bilərlər.Hansı dövlət və cəmiyyətdə bu cinayətlərə qarşı mübarizə aparılırsa, orada demokratik hüquq dövlətindən danışmaq olar. Nəticə etibarilə, hazırda məhkəmə prosesi çərçivəsində gedən istintaqa təmkinli yanaşmaq lazımdır.
İstintaqla əlaqədar bəzi xəbər və yazılarda müvəkkilim Fəthullah Gülənin ağır ittihamlara məruz qalması böyük haqsızlıqdır. Cəmiyyətdə müvəkkilim haqda mənfi imic formalaşdırmağa çalışan hüquqa zidd xəbərlər təəssüf doğurur. Bu kimi xəbərlər məhkəmə prosesinə müdaxilə olub ictimaiyyətin diqqətini istintaqdan və ittihamların mahiyyətindən yayındırma məqsədi daşımaqdadır.
Bunu da vurğulamaq lazımdır ki, vəzifədən sui-istifadə halları ilə bağlı aparılan istintaqa görə heç kim narahatlıq keçirməməlidir. Digər tərəfdən bütün dünyada qəbul olunmuş "təsdiqləndirilən şəxslər cinayət təsdiq olunana qədər təqsirsizdir" prinsipi də yaddan çıxarılmamalıdır.
Yekun olaraq müvəkkilim haqda ortaya atılan iddiaların heç bir əsli, əsası yoxdur. Möhtərəm Fəthullah Gülənin bu istintaqla və bu işi görən dövlət məmurları ilə heç bir əlaqəsi yoxdur.
Açıq şəkildə bildrimək istəyirik ki, "hökümətə müharibə elan etmə ", "əməliyyatlara start vermə", "kirli oyunlar oynama", "məkrli plan qurma", "sıxışdırma" ... kimi iddialar pis niyyətlə və əsassız istinadlarla ortaya atılan ittihamlardan başqa bir şey deyildir.
Cənab Gülən ömrünü Allah rizasına həsr etmiş alim və mütəfəkkirdir. Heç vaxt vəzifə, məqam, maddi mənafe və siyasi məqsədi olmamışdır. Odur ki “müharibə ilə”, “məkrli planlarla”, “əməliyyatla” , “kirli oyunlarla” heç bir əlaqəsi yoxdur.
Hörmətlə ictimaiyyətə təqdim edirik.
Fəthullah Gülənin vəkili Orxan Ərdəmli
- tarixində yaradılmışdır.