Lanna şahzadəsi Türk məktəblərindən ağızdolusu danışıb

Lanna şahzadəsi Türk məktəblərindən ağızdolusu danışıb

Lanna (Tayland) şahzadəsi Çao Duanqduan Türk məktəblərinin şagirdlərindən ağızdolusu danışıb: “Türk məktəbləri ilə fəxr edirəm!”

Taylanddaki Türk məktəbinin ənənəvi iftar ziyafətinə cəmiyyətin bir çox kəsiminə mənsub insanları dəvət edilib. Ziyafətə Lanna şahzadəsi Çao Duanqduan da iştirak edib.

Taylanddaki Fatih Türk liseyi tərəfindən Çianqmay şəhərində keçirilən iftar ziyafətinə bir çox yüksək rütbəli şəxslər və müxtəlif dinə mənsub insanlar iştirak edib.

Ziyafət azanla başlayıb, ardınca da Türkiyə haqqında video çarx nümayiş etdirilib. Ziyafətdə Fatih Türk liseyinin şagirdlərininin uğurlarından da bəhs edilib. Uğur qazanan şagirdlərə hədiyyələrini təqdim edən Lanna şahzadəsi Çao Duanqduan çıxışında deyib:

“Türk liseyini təşkil etdiyi ziyafətə görə təşəkkü edirəm. Türk liseyləri həm nailiyyətləri, həm də yüksək təhsili ilə bizi şad edir. Bu şagirdlərlə fəxr edirəm!”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.