Laos Xalq Demokratik Respublikası Türk məktəblərini dövlət ordeni ilə təltif edib

Laos Xalq Demokratik Respublikası Türk məktəblərini dövlət ordeni ilə təltif edib

Ötən illər Laosda təhsil sahəsində yüksək nailiyyətlər əldə elədiklərinə görə “Dövlət mükafatı”na layiq görülən Türk məktəbləri idman sahəsindəki uğurlarına görə ikinci dəfə eyni mükafatla təltif edilib.

Ölkənin Prezidenti Tümmali Saynason (Choummaly Xayasone) Laos Türk Məktəblərinin sədri Yılmaz Arıya ölkə idmanına və Laos Güləş üzrə Milli komandasına verdiyi töhfələrə görə “Dövlət mükafatı” təqdim edib. Laos Güləş Federasiyasının sədri Manolom Pinit (M.Pinith) ölkə Prezidenti tərəfindən verlən mükafatı Şərq Ulduzu Liseyində təşkil edilən mərasimdə Yılmaz Ayıra təqdim edib. Arı çıxışında: “Biz ölkə idmanına maddi və mənəvi dəstək verməyə davam edəcəyik. Bu mükafata layiq olmağa çalışacağıq”, - deyib. Laos Güləş üzrə Milli komandası Türk məktəblərinin hazırladığı imkanlarla olimpiadalara qatılıb. Güləşçilərin məşqləri Türk məktəblərinin idman salonlarında keçirilib. Cənub-Şərqi Asiya idman oyunlarında (SEA DAMES) güləş üzrə 1 qızıl, 2 gümüş, 5 bürünc toplam 8 medal alıblar. Laosun Vyentyan və Pakse şəhərlərində fəaliyyət göstərən üç Türk məktəbində 650 şagird təhsil alır. Ölkənin Prezidentinin iki nəvəsi və Mədəniyyət Naziri Bosenqxam Vonqdaranın (Bosengkham Vongdara) oğlu da bu məktəblərdə oxuyur.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.