"Le Monde" qəzeti Türk məktəblərindən yazdı

Fransada ibtidai məktəbin açılışı ilə bağlı "Le Monde" qəzeti Gülən Hərəkatını öz səhifələrində müzakirə etdi. Dünya miqyasnda uğur qazanmış Türk məktəblərinin Paris ətrafında məskunlaşan immiqrant gənclərin təhsil probleminə çözüm olacağını yazdı. Qəzet tam səhifəlik xəbərdə dünyanın hər tərəfində açılan məktəblərdə "Türklərə dost yeni elit bir nəslin yetişdiyini" bildirdi.

Fransanın tanınmış qəzeti "Le Monde" Türk pedaqoqlarının fəaliyyətlərini müzakirə etdi. "Le Monde" "İslamı aydınladanlar" sərlövhəli məqalədə 110 ölkədə 2000 məktəb açan Gülən Hərəkatının təhsil problemlərinin həlli istiqamətində Fransadakı ilk orta məktəbini açdığını bildirdi. Parisdə açılan Türk məktəbinin dünyəvi təhsil verdiyini bildirən "Le Monde" bütün dünyada uğur qazanmış könüllü Türk pedaqoqların Fransada fəaliyyətə başlamasının əhəmiyyətinə diqqət çəkdi.

Sentyabr ayında Paris ətrafında yerləşən Villeneuve St. Georgesdə fəaliyyətə başlayan məktəbin "ilk addım" olduğunu deyən qəzet bütün dünyada uğur qazanmış Türk məktəblərinin şəhərətrafında məskunlaşan immiqrant gənclərin təhsil probleminə çözüm gətirəcəyini bildirdi. "Le Monde" qəzetinin İstanbul müxbiri Guillaume Perrierin qələmə aldığı məqalədə "Educactive" orta məktəbinin açılması ilə hərəkatın Fransa və dünyadakı fəaliyyətləri müzakirə edildi.

64 şagirdlə təhsilə başlayan "Educactive" orta məktəbinin ilk addım atdığını deyən qəzet bu ifadələri işlətdi: "Educactive Müdiri Necati Kertel ibtidai məktəbdən orta məktəbə qədər tam formalaşmış bir təhsil sistemini tətbiq etmək istədiklərini bildirdi. Məktəbin qurucularından Nihat Sarıer isə: "Hədəfimiz 3 il ərzində bölgədə ən müvəffəqiyyətli məktəb olmaqdır" deyir. Hərəkat əvvəlcə yerli siyasətçilərlə əlaqələrini inkişaf etdirir. Hədəf Fransanın müxtəlif şəhərlərində onlarla məktəb açmaqdır". Xəbər "Educactive" orta məktəbinin binası və imkanları ilə Fransa standardlarından yüksək olduğuna diqqət çəkir. Musiqi müəllimi Walter Pacelatinin: "Bundan əvvəl heç bir məktəbdə bu qədər yaxşı şəraitdə işləməmişəm," sözlərinə də yer verildi.

Qəzetdə Fransada açılan məktəbin İslami deyil, "dünyəvi və respublikaçı" olduğu vurğulanılır. Nihat Sarıer: "Məktəbin icazə işləri üçün gələn müfəttiş belə "niyə İslami məktəb açmırsınız?" deyə soruşdu. Ancaq "Educactive" dünyəvi bir məktəbdir. Fransanın təhsil sisteminə görə tədris veririk. Bizim məqsədimiz Fransaya yaxşı vətəndaş yetişdirməkdir," dedi. Məktəbdə hələlik Türk şagirdlərinin sayı daha çox olduğunu deyən Nəcati Kertel isə: "Hədəfimiz bütün Fransızlara açıq məktəb olmaqdır," – deyə bildirdi.

Təhsilə könül vermiş bu hərəkatın Fransadan əvvəl 110 müxtəlif ölkədə 2000-ə yaxın məktəb açdığını  deyən Perrier: "Yaponiyadan Cənubi Afrikaya, Norveçdən Qazaxıstana – dünyanın hər tərəfinə yayılmış Türk məktəbləri böyük müvəffəqiyyət qazanmışdır. Afrika və Asiyada yüksək səviyyəli təhsil və yüksək əxlaqi dəyərlərə malik Türklərə dost yeni elit bir nəsil yetişir," – ifadələrini işlətdi.

N. Göle: Dünyanın ən güclü müsəlman təşkilatı

Milyonlarla dəstəkçisi olan Türk məktəblərinin Gülən Hərəkatı tərəfindən maliyyələşdirildiyinə diqqət çəkən "Le Monde" qəzeti Fransa İctimai Elmlər İnstitutu (EHESS) müəllimi prof. Nilüfer Gölenin: "Gülən Hərəkatı dünyanın ən güclü müsəlman təşkilatıdır," ifadələrinə yer verdi.

Hərəkata mənsub müəllim, jurnalist və iş adamlarının Fəthullah Gülənin həyat prinsiplərini nümunə götürdüyünü deyən Perrier: "onlar öz yaşantıları ilə ətrafa nümunə olmağa üstünlük verirlər" dedi. Gülən Hərəkatının elm və dini birləşdirən müasir İslami hərəkat olduğunu yazan qəzet Gülənin 1997-ci ildə Papa II Jean Paulla görüşdüyünü və 11 Sentyabr hadisəsini ilk qınayan müsəlman mütəfəkkir olduğunu qeyd etdi.

Gülən Hərəkatının Fransada 2005-ci ildə baş verən şəhərətrafı iğtişaşlardan sonra hərəkətə keçdiyini yazan Perrier: Fəthullah Gülənin o dövrdə www.herkul.org adlı internet saytında yayımlanan söhbətində "Fransa gənclərinin təhsilinə sərmayə qoyun," dediyini vurğuladı. Fransadakı təhsil könüllülərindən prof. Mehmet Namın da: "Biz Fransada yaşayırıq. Türklər olaraq Fransadakı inteqrasiya probleminə həll yolları tapmalıyıq," ifadələrinə yer verdi. "Le Monde" müxbiri Gülən Hərəkatının son illərdə Fransada çox aktiv olduğunu, iş adamları dərnəkləri və təhsil mərkəzləri kanalı ilə şəhərətrafı immiqrant topluma əl uzatdıqlarını bildirdi. Xəbərdə Fransa Aktiv Türk İş adamları Dərnəyi (FATİAD) və Paris Mədəniyyətlərarası Dialoq Platforması (Plateforme də Paris) kimi dərnəklərin fəaliyyətlərindən də bəhs edildi.

"Le Monde" qəzeti Fransanın 10-15 şəhərində açılmış təhsil müəssisələrinin fəaliyyətlərinə də geniş yer verdi. Parisdəki "EtudePlus" adlı təhsil mərkəzinə gələn şagirdlərin universitetə qəbul imtahanlarında yüz  faiz nəticə göstərdiyini qeyd edən qəzet, "EtudePlus" təhsil mərkəzinin pedagoji müşaviri Anaide Armaqanın: "Bu uğuru gecə-gündüz çalışmaqla əldə etmişik. Ailələrə bir-bir baş çəkir, hər bir şagirdə xüsusi tapşırıq proqramları hazırlayırıq," sözlərinə yer verdi. (Emre Demir, Zaman Türkiyə)

Bununla əlaqədar linklər

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.