Litvada ilk "İslam və Dialoq" konfransı
Litvanın paytaxtı Vilnusda "Mədəniyyətlərin Dialoqu-Dialoq Mədəniyyəti" mövzulu konfrans keçirildi. Baltik Türk Kültür Akademiyası (Balturka) və Pedaqoji Universiteti İxtisaslaşma İnstitutunun (PKTI) müştərək təşkil etdiyi konfransda Fəthullah Gülən və Könüllülər Hərəkatının dialoqla bağlı düşüncə və fəaliyyətləri müzakirə edildi. Konfransda çıxış edən prof. Cill Karrol Gülən Hərəkatının müasirliyə meyilli olduğunu və dialoqun Gülənin fikirlərini mənimsəyənlər üçün həyat tərzinə çevrildiyini deyərək: "Mənə görə Gülən Hərəkatı bəşəriyyət üçün bir şansdır," – dedi.
Gülənin dialoq anlayışı haqqında qələmə aldığı "Dialog of Civilisation" adlı kitabı ötən il ən çox satılan kitab siyahısına daxil olan Amerika alimi prof Cill Karroll, İngiltərədən prof. Ian Williams və Fateh Universitetindən Gülən Hərəkatı haqqında apardığı araşdırmalarla məşhur olan prof. İhsan Yılmazın da iştirak etdiyi beynəlxalq konfrans Litvada İslam və dialoq mövzusunda keçirilən ilk konfransdır.
Vilnus Pedaqoji Universiteti Rektoru Algirdas Gaizutisin açılış çıxışı ilə başlayan konfransa Azərbaycan və İspaniyanın səfirləri, Türkiyə, Qazaxıstan və İtaliyanın isə səfir müavinləri iştirak etdi. Vilnusun yerli idarəçilərinin də iştirak etdiyi konfransda Fəthullah Gülənin dialoq fəaliyyətləri müzakirə edildi.
Texas Universitetindən prof. Cill Karroll öz çıxışında Fəthullah Gülən və Gülən Hərəkatı haqqında yazdığı kitabın qələmə alma səbəbindən danışdı: “Tolerantlığın təməli insan və insani dəyərləri yüksəldən əxlaq, azadlıq, ideal insan, təhsil və məsuliyyət anlayışlarıdır. Bu səbəblə Şərq və Qərb mütəfəkkirlərinin fikirləri müqayisə etmək istədim. “Mədəniyyətlərin qarşıdurması” və bu kimi tezislərin yayıldığı belə bir dövrdə bu tezislərə cavab verən və verdiyi cavabı həyata keçirən bir müsəlman mütəfəkkir axtardım. Nəhayət Güləni tapdım”.
Çıxışında: “Bütün bəşəriyyət, biz insanlar daha gözəl, daha əmin-aman bir dünyada yaşamağı layiqiq” deyən Karroll: “Gülənin fikirləri bu dünyanı qurmaq üçün yol göstərir” deyə əlavə etdi. Karroll: "Gülənin fikirləri Konfutsi, Sokrat, Kant və Millin fikirləri kimi bütün dünyada mənimsənilir. Gülənin təklif etdiyi dialoq anlayışı çox məhsuldardır. Yeniliklərə açıqdır və fikirləri mənimsəyənlər üçün həyat tərzinə çevrilmişdir. Gülən Hərəkatı bəşəriyyət üçün bir şansdır. Gülən “hər kəsi öz mövqeyində qəbul etmə” düsturuna çox əhəmiyyət veirir və birgəyaşamın əsas şərti olduğunu deyir," – dedi.
Vilnus Pedaqoji Universiteti Rektoru Algirdas Gaizutis isə dialoq anlayışının mədəni və müasir əməkdaşlıq təklif etdiyini və bu mövzuda mühüm bir addım kimi Gülənin "Ölçü və ya Yoldakı İşıqlar" adlı əsərini Litva dilinə tərcümə etdiklərini bildirdi. Rektor Gaizutis artıq daha qlobal bir dünyada azad fikir rəvacda olduğunu və Gülənin fikirləri böyük ehtiramla qarşılandığını dilə gətirdi.
Çıxışında Gülən Hərəkatının tarixindən və hazırda da çox müzakirə olunan İslamın qloballıq, dünyəvilik, demokratiya, fikir azadlığı kimi mövzulara baxışından da bəhs edən Fateh Universiteti nümayəndəsi prof. İhsan Yılmaz isə: "Gülənin fərqi ondadır ki, o fikirlərini böyük uğurla həyata keçirə bilir. Çoxunun idealları və fikirləri ola bilər. Fikirlərin dəyəri onun nümunələrindədir," – dedi.
Birmingamden Universitetinin nümayəndəsi prof. Ian Willams isə: “On ilə yaxındır ki Gülən Hərəkatını izləyirəm və Gülənin bəşəriyyətə xidmət yolu əslində bütün peyğəmbərlərin yolu, xüsusən də Quran çərçivəli yol olduğunu gördüm,” – dedi və sözünə belə davam etdi: "Quran anlayışı olan və daha çox təsəvvüf yönü olan “xidmət” anlayışını hazırda ən gözəl şəkildə təmsil edən Güləndir. Gülən bunu ağıl, ruh və gözəl nümunə ilə həyata keçirir," – dedi.
Litvadakı fəaliyyətlər haqqında məlumat verən Baltik Türk Mədəniyyət Akademiyası (Balturka) Rəhbəri tibb elmləri namizədi dosent İsmət Biner CHA-ya verdiyi müsahibədə Pedaqoji Universitetində Yəsəvi Kürsüsünün açılışından, 100-dən çox tələbəyə Türk dilini öyrətdiklərindən və çoxunu da Türkiyəyə gəzintiyə apardıqlarından danışdı.
Konfransda iştirak edənlərin əksəriyyəti Litva vətəndaşı idi. Dünyada terrorla birlikdə adı çəkilən İslamın toleranlıqla bütünləşmiş həqiqi gözəlliklərini tanıtmağa çalışdıqlarını deyən Biner bu cür fəaliyyətlərin davam etdiriləcəyini qeyd etdi. (Sebahattin Çelebi)
- tarixində yaradılmışdır.