Luziana Universitetində Gülən Konfransı Keçirildi

ABŞ-ın Luziana ştatının Baton Rouge şəhərində yerləşən Luziana Dövlət Universiteti böyük bir konfransa ev sahibliyi etdi. F.Gülən haqqında sayca beşinci olan “Modern dünyada İslam: Düşüncə və praktikada F. Gülən hərakatı” adlı beynəlxalq konfransda ziyalılar bir daha Gülən hərəkatı çərçivəsində araşdırma və düşüncələrini bölüşdülər.

Konfransın açılışına müxtəlif ştatlardan sosioloqlar, siyasətçilər, universitet tələbələri və Baton Ruj şəhərinin tanınmış şəxsləri qatıldı. Açılışda çıxış edən konfransın sponsorlarından “Atlas Vakfı” Rəhbəri Katerina Eustis fərqli mədəniyyət nümayəndələrinin bir-birinə bəslədiyi sülh, sevgi, müsamihə və mərhəmət duyğularının əhəmiyyətini vurğuladı. Eustis: "Bizi bir yerə toplayan ortaq dəyərlərin, ayıran dəyərlərdən daha möhkəm olduğunu və qarşılıqlı fikir mübadiləsi ilə bizi bağlayan bu ortaq dəyərlərin yenidən kəşf olunacağını" ifadə etdi.

Konfransa ABŞ-ın səkkiz ştatı ilə yanaşı, 17 dövlətdən elm adamları müxtəlif səpkili 45 məqalə göndərmişdi. Bütün günü davam edən konfrans dörd hissədən ibarət idi: Gülən Hərəkatının İntellektual Təməlləri, Gülən Hərəkatının İctimai Təsirləri, Gülən Hərəkatı İnanc Qrupları Arasında Bir Körpü Kimi və Gülən Hərəkatından Bəzi Nümunələrin Analizi.

Konfransın açılış çıxışında təşkilatın kordinatoru Mehmet Ulupınar müasir dövrdə müsəlmanların köklü ictimai, iqtisadi, siyasi və elmi inkişaf mərhələsindən keçdiyini ifadə etdi. Ulupınar konfransın ümumi hədəfinin müasir İslam dünyasındakı dəyişiklikdə və İslamla Qərb arasındakı əlaqələrdə görünən problemləri nəzərdən keçirmək olduğunu bildirdi. Mehmet Ulupınar konfransın xüsusi hədəfinin isə Türk-İslam mütəfəkkiri, yazıçı və təhsil könüllüsü Fəthullah Gülənin fikir və düşüncələrini, Gülən Hərəkatı adlandırılan ictimai bir fenomenin daxilindəki könüllülərin rəhbərlik etdikləri ictimai layihələrə təsirini araşdırmaq olduğunu dedi.

Konfransın kordinatoru Ulupınar sözlərini belə bitirdi: "Türkiyədə meydana gəlməsinə baxmayaraq, artıq beynəlxalq bir hərəkat halına gələn Gülən Hərəkatının gündəmində beynəlxalq təhsil və dinlərarası dialoq, hədəfində isə İslam dünyası ilə Qərb arasında əlaqələri inkişaf etdirmək, mədəniyyətlərarası dialoqa, elmlə dinin uyumuna, qlobal təhsilə, demokratiyaya və dini plüralizmə bilvasitə də olsa dəstək olmaqdır."

“Gülən Hərəkatının Müəssisələri Cənub-Şərqdə Terrorun Qarşısını Alır”

Konfransa "Dünya Miqyasında Dialoq Fəaliyyətləri: Orta Məktəb Şagirdlərinin Mədəni Dünyagörüşünün İnkişafı Üçün Gülən Modelinin Tətbiqi" adlı məqaləsi ilə qatılan Humboldt Dövlət Universitetində İngilis Dili və Ədəbiyyatı Professoru Tom Geyc Gülən Hərəkatının apardığı dialoq fəaliyyətlərinin böyük önəmini vurğuladı. Çıxışında Geyc Gülən Hərəkatı könüllülərinin dialoq fəaliyyətləri ilə müxtəlif mədəniyyətlər arasında təsis etdiyi birlik ab-havasının toplumlararası qarşıdurmaların önündə də böyük bir sipər olduğunu ifadə etdi.

Texas Texniki Universitetindən Professor Mark Veb də 2008-ci ilin yaz aylarında baş çəkdiyi Diyərbəkir, Elazik və Malatyada apardığı tədqiqatlar və yerili camaatla keçirdiyi görüşlər nəticəsində Gülən Hərəkatı könüllülərinin açdığı təhsil müəssisələrinin bu bölgədəki terror fəaliyyətlərin qarşısında böyük bir sipər olduğuna şahidliyini dilə gətirdi.

"Media Müsəlman, Yəhudi və ya Xristian Terrorist Deyil, “Terrorist” Termini təklikdə İstifadə edilməlidir"

Professor Çarlz Devid İsbel verilən suala cavab olaraq: Terrorizmin dini olmadığını bildirib, "Media bu məsələyə məsuliyyətlə yanaşmalıdır, Müsəlman, Yəhudi və ya Xristian terrorist deyil, “terrorist” termini təkilkdə (ünvansız) istifadə edilməlidir ," −dedi.

Təxminən 200 nəfərin iştirak etdiyi konfrans professor Karen Fontenotun çıxışı ilə işini sona çatdırdı.

Konfransın sponsorluğu; Atlas Vəqfi, İnanclararası Dialoq İnstitutu, Luziana Dövlət Universiteti Tarix və Antropoloji Fakültələri, Luziana Dövlət Universiteti Reilly Media və İctimai Əlaqələr Mərkəzi, Southern Universiteti Nelson Mandela Cəmiyyət Rəhbərliyi Fakültəsi, Southern Universiteti İctimai Elmlər Fakültəsi, Southeastern Luziana Universiteti Jurnalistika Fakültəsi etdi.... (Cavit Qarabağ, Cihan Xəbər Agentliyi)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.