Marko Ansaldo: “Fəthullah Gülən sülhün qızğın müdafiəçisidir”

Marko Ansaldo: Fəthullah Gülən sülhün qızğın müdafiəçisidir

İnsan Hüquqları üzrə Müdafiə dərnəyinin (LİDU - İtaliya) Romada keçirdiyi “Türkiyədə insan hüquqları: Fəthullah Gülən və Hizmət hərəkatı” adlı konfrans böyük maraqla qarşılanıb. “Avropa Birliyinə üzvlük müzakirələrinin başlanğıcından bu günədək Türkiyədə insan hüquqları” mövzulu müzakirədə məruzəçilər son dövrlərdə demokratiya və insan hüquqlarının daha çox tapdalandığını vurğulayıblar.

Konfransda çıxış edən İtaliya jurnalisti Marko Ansaldo (Marco Ansaldo) Fəthullah Gülən Xocaəfəndi haqqında: “O sülhün qızğın müdafiəçisidir”, - deyib. 160 ölkədə açılan məktəblərin Hizmət hərəkatının təhsilə verdiyi əhəmiyyətinin bariz sübutu olduğunu söyləyən Ansaldo Hərəkatın Türkiyədə demokratiya və insan hüquqlarının inkişafı naminə ümid vəd etdiyini bildirib. Ansaldo Hizmət hərəkatı haqqında ortaya atılan “siyasi məqsəd güdürlər” ittihamının əsassız olduğunu da söyləyib. Hərəkat haqqında: “Hizmət təhsil və digər sahələrdə böyük təcrübəyə malikdir” deyərək könüllülərin yeganə məqsədinin təhsil olduğunu açıqlayıb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.