Prof. Kirk: “İraqdakı Türk məktəbləri ümid və sülh toxumları əkir”

ABŞ-da "İctimai ədalətə çoxyönlü baxış" adlı konfrans keçirildi. Konfransda çıxın edən alimlər Gülən Hərəkatının getdiyi hər yerə sülh və sevgi bəxş etdiyini dilə gətirdi. Tədbirdə yüksək təhsilin sosial ədalət və sülhün inkişafında böyük rola malik olduğu vurğulandı.

Konfrans Sülh Adaları İnstitutu, Filadelfiya Dialoq Forumu, Holi Fəmili Universiteti və Filadelfiya Lyuteran İlahiyyat Fakültəsinin müştərək təşkilatçılığı keçirildi. Tədbirdə çıxış edən prof. Marta Ən Kirk (M. Ann Kirk), Şimali İraqa səfərindən və bu səfərdə baş çəkdiyi "Gülən məktəbləri"ndən söz açdı. Texas İnqarneyt Universitetinin professoru Marta Kirk İraqda apardığı araşdırmasında Türk məktəblərinə geniş yer ayırdığını və orada qarşılaşdığı mənzərənin onu çox sevindirdiyini dilə gətirdi.

140 şagirdlə görüşdüm, hamısı sevgi ilə danışır

Təhsilin ədalət və sülhün təminində çox mühüm rola malik olduğunu deyən prof. Kirk Şimali İraqda Gülən Hərəkatına aid məktəblərdə təhsil alan 140 şagirdlə görüşdüyünü və hər birində sülh və sevgi dolu gələcəyin işarələrini gördüyünü söylədi. Son illərdə İraqın çox çətinliklərlə üzləşdiyini, buna baxmayaraq burada fəaliyyət göstərən Türk məktəblərinin qısa müddətdə yerli xalqın könülünü fəth etdiyini söyləyən prof. Marta Kirk: "Məktəblərdə müsəlman və xristian şagirdlərin birlikdə təhsil alması çox gözəl hadisədir. Şagirdlər türk, ərəb, nestorian və kürd dilində danışır, amma bir ortaq cəhətləri var, o da sevgi və xoşgörü. Şagirdlərin məktəbdə aldığı təhsil və tərbiyəni həyata əks etdirməsi verilən təhsilin nə qədər faydalı olduğunu göstərir. Fərqli etnik mənsubiyyətə malik bu şagirdlər insana hörməti və birgəyaşayışı öyrənirlər. Bu kimi şeylər toplum və sülhə böyük təsiri var" dedi.

Prof. Kirk Şimali İraqda başından keçən bir hadisəni də dınışdı: "Bir gün İraqda bomba partladı. Məhəmməd adlı iraqlı bir şagird buna sevindi. Buna şahid olan Türk müəllimi dərhal həmin şagirdə gözəl nəsihət verdi, bu hərəkətin doğru olmadığını izah etdi. Məhəmməd səhvini başa düşdü. Bu, təlim-tərbiyənin təsir gücünə çox gözəl bir nümunədir."

Konfransın açılış çıxışında Holi Fəmili Universitetinin rektoru Fransisqo Onli (Francesca Onley) dinin sosial ədalət və toplumda çox mühüm rola malik olduğunu, bu kimi əhatəli və faydalı bir konfransa ev sahibliyi etdiyinə görə məmnun olduğunu qeyd etdi.

Daha sonra mikrofona keçən Holi Fəmili Universitetinin professoru Jozef Stützenberqer (Cozef Stoutzenberger) sosial ədalətin toplumda çox ümühüm yerə malik olduğunu, buna görə də insanların bir-birləri ilə dialoqda olması lazım olduğunu vurğuladı. Fəthullah Gülənin dialoq sahəsində mühüm bir şəxsiyyət olduğunu deyən professor "Gülən mühüm bir mütəfəkkirdir. Xüsusilə təhsil, elm, dinlərarası dialoq və cəmiyyət haqqında gözəl fikirləri var. Dünyanın hər yerində açıqfikirli insanlar bir-birilə görüşür. Bunlar sosial cəmiyyətin əvəzolunmaz əsasıdır. Gülənin Qurani-Kərimdən “Allah insanlara bir-birini qoruma məsuliyyəti vermişdir” fikrinə dəstək verir və alqışlayıram" dedi.

Təhsil ədalətin təmini üçün mühümdür

Kanzas və Roqharst Universitetlərinin müəllimi prof. Marqaret Raş (Magaret Rausch) isə təhsilin və istifadə olunan üslubun sosial ədalətdə mühüm rola malik olduğunu açıqladı. Toplumun inkişafında təhsilin müsbət nəticələrini Fəthullah Gülənin fikirlərinə nəzər yetirərək aydınlıq gətirməyi məsləhət görən professor "İnsanı yetişdirmək hər şeyin əsasıdır. Türk məktəblərini və onların uğurlu fəaliyyətlərini görəndə bunu daha da yaxşı başa düşürük. Çünki yetişən insan cəmiyyətə fayda gətirir. Bu isə nəticə etibarilə toplumun inkişafına gətirib çıxarır" dedi.

Gün boyu davam edən konfrans iştirakçılarana Türkiyə mətbəxindən yeməklər verildikdən sonra konfrans yekunlaşdırıdı. (Orxan Aqqurd)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.