Mədəniyyətlər Qarşıdurmasına Ən Gözəl Cavab Fəthullah Gülən Hərəkatıdır

"Fateh Universiteti"nin qonağı olaraq Türkiyəyə gələn Şimali İrlandiyalı məşhur ilahiyyatçı Conston MaqMaster mədəniyyətlər qarşıdurmasına ən gözəl cavabın Fəthullah Gülən hərəkatı olduğunu ifadə etdi.

11 Sentyabrdan sonra meydana gələn düşmənçiliyə diqqət çəkən MaqMaster 11 Sentyabr, London və Madriddəki bombalama hadisələri kimi hücumların dünyanı Hantingtonun 'Mədəniyyətlər Qarşıdurması' tezisinə sürüklədiyini ifadə edərkən: "Amma dinlərin özünə baxılsa, vəziyyət belə olmamalıdır" -deyə danışdı.

Məşhur İlahiyyatçı MaqMaster dinlərin özündə sülh və dialoqun var olduğuna diqqət çəkdi. Fəthullah Gülənin fəaliyyətini qiymətləndirən MaqMaster, Gülənin fikirləri üçün: "Yalnız Türkiyə ilə məhdud deyil, bütün dünyada tətbiq oluna biləcək fikirlərdir. Üstəlik də mədəniyyətlərarası tıxanmanın önünü açacaq fikirlərdir. Bununla Fəthullah Gülən tarixdəki yerini almışdır" dedi. Gülənin öz intellektual təcrübəsi ilə İslamın tolerantlığını və şəfqətini təqdim etdiyini dilə gətirən Conston MaqMaster, dialoqun mənasını bu sözlərlə xülasə etdi: "Öz inanclarımız çərçivəsində hər kəsi əhatə edə bilmək... Dialoqun əsl mənası budur." MaqMaster 'Gülən Hərəkatı'nın müxtəlif ölkələrdə açdığı məktəbləri nəzərə verərək, bu məktəblərin yalnız türklər və müsəlmanlara deyil, hər kəsə açıq olmasını nümunəvi bir hal olaraq qiymətləndirdi. (Fateh Vural)