Fəthullah Gülən Xocaəfəndi Azərbaycanı nümunə göstərib
Mediada tez-tez söhbət və yazıları dərc olunan Fəthullah Gülən bu həftəki söhbətində Azərbaycandan bəhs edib.
“Medya.az” herkul.org saytına istinadən xəbər verir ki, “Utanılası iş görməmisiniz; mətin dayanın, axirətə borclu gedən siz olmayın!” başlıqlı söhbətində bir sıra məsələlərdən danışan Gülən eyni zamanda 90-cı illərdəki hadisələrdən misal verərək Azərbaycandakı məktəblərin hansı çətinliklərlə açıldığına diqqət çəkib. Gülən həmin söhbətində “ …məsələn, bir-iki ölkəni deyim yanınızdakı Azərbaycanı ruslar işğal etdikləri vaxt bizim dostlarımız ilk dəfə oraya getmişdilər. “İşğal edildik” deyə zəng etdilər “fakirə” (red-mənə), dedim ki, “təhlükəli bir gündə, ölmək gərəkən bir gündə onları tərk edib gələrsinizsə, gələcəkdə sizə inanmazlar. Onlar bizim qardaşlarımızdır, ölüm günündə onlarla bərabər olun”. Və ayrılmayıb orada oldular. O məktəblər bu şəkildə açıldı və bu sözün də bu işin də şahidi olan dostların da əksəriyyəti bu gün həyatdadır…” deyib.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.
- tarixində yaradılmışdır.