"Mənim evim haradadır?"

“Zaman” qəzetinin köhnə sahiblərindən Alaattin Kaya Fəthullah Gülən Xocaəfəndinin malı-mülkü olmadığını söylədi. Dünyada bu cür həyat sürən başqa bir insan olmadığını deyən Kaya: "Hörmətli Gülənin qalacağı bir evi belə yoxdur. Nuh Mete Yükselə ifadə verərkən ünvan istəmişdilər. Çölə çıxıb mənə: “Mənim evim haradadır?” deyincə ürəyim yandı," – dedi.

Kanal D-də jurnalist Mehmet Ali Birandın müəllif verilişi “32. Gün”ün mövzusu Fəthullah Gülən və Türk məktəbləri idi. Verilişdə Türk məktəblərinin maliyyə­ləş­diril­məsindən sohbət açıldı. Verilişin iştirakçılarından Alaattin Kaya Türk məktəbləri ilə bağlı: “Bu dəyirmanın suyu haradan gəlir?” sualına cavab verdi.

Məktəblərin açılmasını təşviq edən Fəthullah Gülənin malı-mülkü barədə dəqiq cavablar verən Kaya Gülən adına qeydli heç bir mal olmadığını dilə gətirdi. Bələdiyyə başçısının belə malı-mülkü var deyən Kaya: "Siz dünyanın heç bir yerində belə bir işin başındakı insanın malı-mülkü olmadığını görə bilməzsiniz. Bu çox vacibdir. Bələdiyyə başçısının belə malı-mülkü var. Belə bir dünyada, belə bir şəraitdə insanın əlində bir sənədi olar. Fəthullah Gülənin sıfır malı var," – dedi.

Prokuror Nuh Mete Yükselin Fəthullah Güləni sorğuya çəkərkən yaşadığı hadisəni danışan Kaya: "“DGM”in sabiq prokuroru Nuh Mete Hörmətli Güləni bir məsləyə görə sorğuya çəkirdi. İçəri girdi, bir azdan çölə çıxdı. Bizə: “Mənim evim haradadır?” deyə soruşdu. Həmin an ürəyim yandı. Qalası evi olmayan bir insanla üz-üzəsiniz. Siz dünyada belə bir adam göstərə bilməzsiniz. Heç yerdə belə şey yoxdur. Nə sənədi var, nə də evi. “Xocam, istəyirsinizsə, evimin ünvanını göstərək” dedim. Mənə: “Mən Fateh Müftiliyindən təqaüdə çıxmışdım. Fateh Müftiliyi deyək” dedi. İçəri girdi, nə dedi bilmirəm" deyə danışdı.

““Zaman” qəzetini qurma fikirini Gülənə şəxsən özüm bildirmişəm” deyən Kaya: "“Zaman” qəzeti mənim və şərik olduğum yoldaşlarımın maliyyəsi ilə quruldu. Mənim pulumla qurulan bir şeyi ona istinad etsəniz, qarşı çıxaram," – dedi.

Verilişdə iştirak edən İzmir İqtisadiyyat Universitetinin professoru Filiz Başkan isə “dəyirmanın suyu” müzakirəsi ilə bağlı belə dedi: "“Dəyirmanın suyu” qloballaşma ilə birlikdə axmağa başladı. 1980-cı illərdən sonra Türkiyədə liberal siyasət aparılmağa başlandı. Sərbəst bazar iqtisadiyyatına keçiş başlandı. Qloballaşma və liberal siyasətlərin mənimsənilməsi bunların iqtisadi olaraq güclənməsinə gətirib çıxardı. Bu sayədə Sovetlər Birliyi dağıldıqdan sonra oralara gedib məktəb aça bildilər".