Minlərlə alban “Sonsuz Nur” müsaqibəsinə qatıldı
Albaniyada Fəthullah Gülən Xocaəfəndinin qələmə aldığı və Peyğəmbərimizin (s.a.s.) həyatından bəhs edən “Sonsuz Nur” kitabından müsabiqə keçirilib. Müsabiqə “Səma Vəqfi” tərəfindən təşkil edilib. Məlumata görə müsabiqəyə 5000 nəfər iştirak edib və xalq tərəfindən böyük maraqla qarşılanıb.
Müsabiqə iştirakçılarına yaş həddi qoyulmamış, qaliblərə hədiyyələr paylanılmışdır. Müsabiqədə birinci yeri Albaniyanın Bərat şəhərindən Gənti Süleymani tutmuşdur. Süleymaniyə mükafat 20 aprel tarixində Tiran Konqres Sarayında keçirilən Müqəddəs Mövlüd tədbirində Albniya Diyanət İşləri Başqanı Hacı Səlim Muça tərəfindən verilmişdir. Müqəddəs Mövlüd tədbirində Baş Nazir Sali Bərişa da iştirak edərək çıxış etmişdir.
Müsabiqə Albaniyanın on beş fərqli şəhərində keçirilmiş və böyük rəğbətlə qarşılanmışdır.
- tarixində yaradılmışdır.