Minlərlə hindistanlı “Sonsuz Nur”dan imtahan verdi
Hindistanda Fəthullah Gülən Xocaəfəndinin Peyğəmbərimizin (s.ə.s.) həyatından bəhs edən, o cümlədən ingilis, urdu və hindu dillərinə tərcümə edilən “Sonsuz Nur” kitabından imtahan keçirildi. İmtahan Hindistanın məşhur icma rəhbərləri və fikir adamlarından ibarət heyətin təşkilatçılığı ilə baş tutdu.
Hindistanda iki ay kimi qısa bir vaxtda 110 mindən çox nüsxəsi satılan “Sonsuz Nur” kitabından keçirilən imtahanda minlərlə şagird və tələbə iştirak etdi. Başda paytaxt Yeni Dehli olmaqla Kəşmirdən Kəralaya, Mumbaydan Kəlküttəyə qədər bir çox təşkilat və qurumlarda keçirilən imtahan böyük maraqla qarşılandı.
İmtahan paytaxt Yeni Dehli Jamia Hamdard Universitetinin imtahan salonunda keçirildi. İmtahana həmçinin Türk məktəblərində təhsil alan şagirdlər də qatıldı. Türk məktəbindən məzun olan Sukmani Aşok: “Hz. Məhəmmədi (s.ə.s.) tanıyırdım, ancaq kitabı oxuyandan sonra ətraflı məlumatım oldu”, - dedi. Hindu ailənin qızı olan və Türk dilində danışan Sukmani kitabda ən çox Peyğəmbərimizin (s.ə.s.) alicənablığından və Allahın onu heç vaxt tək qoymamasından təsirləndiyini dilə gətirdi. Bəzən yalan danışdığını deyən Sukmani kitabı oxuduqdan sonra artıq yalandan uzaq olacağını söylədi. İmtahana atası və qardaşı ilə gələn Sukmani Peyğəmbərimizin (s.ə.s.) həyatını imkan daxilində hər kəsə danışdığını dilə gətirdi.
Jami Millia İslamia Universitetinin tələbəsi Zaman Xan imtahan qabağı çox həyəcanlı olduğunu və kitabı oxuduqdan sonra imanının daha da qüvvətləndiyini dilə gətirdi.
“Müsəlmanlar Peyğəmbərimizin (s.ə.s.) həyatına sarılmalı”
Jamia Hamdard Universitetinin prorektor Firdövs Əhməd Vani xüsusilə Peyğəmbərimiz (s.ə.s.) haqda çəkilən mənfur film hadisəsindən sonra dünyada xoşagəlməz hadisələrin yaşandığını dilə gətirdi. Hind müsəlmanları olaraq müsbət hərəkətdən ayrılmamağa çalışdıqlarını söyləyən Vani belə bir tədbirə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini dilə gətirdi.
Universitetin rektoru Qulam Nəbi Qazi isə dünyada analoqu olmayan belə geniş və xoş niyyətli bir tədbirdə iştrak etdiyinə görə qürur duyduğunu və şagirdlərin göstərdiyi maraqdan da çox məmnun olduğunu dilə gətirdi. Qazi Hindistanda başlayan bu müsbət hərəkətin bütün dünyaya çatdırılmasının zəruriliyinə diqqət çəkərək çətin bir dövrdən keçən müsəlmanlara Peyğəmbərimizin (s.ə.s.) həyatına sarılmağı tövsiyə etdi.
İki saata qədər imtahanda tər tökən şagirdlər 100 sualla özlərini sınağa çəkdilər. İmtahan çıxışında Adil Ajmal imtahana yaxşı hazırlaşdığını və arxayın olduğunu dilə gətirdi. Ajmal Peyğəmbərimizin (s.ə.s.) həyatını tanımasına səbəb olan kitabın müəllifi Fəthullah Gülən Xocaəfəndiyə də təşəkkürünü bildirdi.
Öz şəxsi təşəbbüsü ilə Türk dilini öyrənən hindli Xurşud və Feyzan imtahanda iştirak etdiklərinə görə məmnun olduqlarını və yaxşı nəticə gözlədiklərini dilə gətirdilər.
İmtahan verən orta məktəb şagirdləri İfla və Aliyə də imtahanın asan keçdiyini, imtahana yaxşı hazırlaşdıqlarını, buna görə də yaxşı nəticə gözlədiklərini söylədilər. Bu kitab sayəsində Hz. Məhəmmədin (s.ə.s.) həyatını öyrəndiklərini deyən İfla və Aliyə bundan böyük zövq aldıqlarını dilə gətirdi.
İmtahanın birinci mərhələsindən keçən minə yaxın şagird və tələbələr 9 fevralda keçiriləcək final imtahanında iştirak etmə hüququnu qazanacaq.
- tarixində yaradılmışdır.