Misirdə “Könüllülər Hərəkatına” böyük maraq
Bu yaxınlarda Misirdə keçirilən konfrans silsiləsinin ilk günündə “Hira” jurnalında dərc olunan məqalələr toplusu tanıdıldı, növbəti gün ölkədə ikinci Türk məktəbinin açılış mərasimi keçirildi, axırıncı gün isə məşhur İsgəndəriyyə Kitabxanasında yekun vuruldu.
Misirin ayrı-ayrı məkanlarında keçirilən konfranslara başda tələbələr olmaqla yerli ziyalılar “Hizmət Hərəkatı”nı tanımaq üçün toplantı salonlarına can atdı.
Xüsusilə çüncü gün Misirin dünyaca məşhur İsgəndəriyyə Kitabxanasında keçirlən konfransda misirli və cəzairli iştirakçılar həm “Hizmət Hərəkatı” ilə necə tanış olduqları barədə danışdı, həm də hərəkatın dünyadaki uğurlarının səbəbləri haqqında fikir mübadiləsi aparıldı.
Qahirə Universiteti Siyasi Elmlər Fakültəsi Fəlsəfə və Əqidə kafedrası müdiri professor Məhəmməd Şarqavi “Üfüq insandan ideal cəmiyyətə” adlı konfransda Fəthullah Gülən Xocaəfəndi haqqında yazdığı əsəri ilə məşhurlaşan əcnəbi, amerikalı tarixşünas Cill Karrol (Jill Carroll) vasitəsilə “Hizmət Hərəkatı” ilə tanış olduğunu söylədi. Bir fəlsəfəçi olaraq Türkiyədən Gülən kimi bir elm və mədəniyyət xadimi çıxacağına heç inanmadığını deyən Şarqavi Gülənin Ərəb dilinə tərcümə olunmuş iyirmidən artıq əsərini oxuduqdan sonra gec tanıdığına görə təəssüfləndiyini bildirdi.
Şarqavi Almaniyada başından keçən maraqlı bir hadisə danışdı: “Bir konfranda iştirakçılardan biri mənə “Dininizin üstünlüyündən danışırsınız yaxşı bəs, niyə bu vəziyyətdəsiniz?” deyə sual verdi. Mən də bu suala tərəddüdsüz “Hizməti” nümunə göstərərək İslamiyyətin necə təmsil edildiyini görmək istəyənlərin bu hərəkatı araşdırmağını tövsiyə etdim”. Cəzairli alim Məhəmməd Baba Ammi isə “Hizmət Hərəkatı”nın ən bariz xüsusiyyəti kimi dünya və axirət ahəngini mükəmməl qurmasını göstərdi.
Misirdəki konfranslar silsiləsi cümə günü misirli alim Məhəmməd İmaranın “Hira” jurnalında dərc olunan məqalələr toplusu – “İslam mədəniyyətinin özü” kitabının təqdimatı, İkinci gün də Misir müftisi Əli Cümənin iştirakı ilə Misirdəki ikinci Türk məktəbinin açılış mərasimi keçirildi.
- tarixində yaradılmışdır.