“Müharibə başladı, hər kəs getdi, təkcə siz qaldınız”
Bir ildən artıqdır ki, Qara qitə Afrikanın ən yoxsul ölkələrindən Mali siyasi qarışıqlıq və regional təhlükəsizlik problemləri ilə üz-üzədir.
Bu regionun keçmiş hakim gücü Fransanın rəhbərliyi ilə üsyançılara qarşı başladılan hərbi əməliyyatlar artıq dörd aydır davam edir. Nə vaxt sona çatacağını müəyyən etmək də çətindir. Belə bir şəraitdə paytaxt Bamakoda yerli xalqa xoş əhval-ruhiyyə bağışlayan tədbir keçirildi: “XI Türk dili Olimpidasının ölkə finalı”. Səkkiz məktəbin 2200 şagirdin arasından finala çıxan şagirdlər böyük tamaşaçı kütləsi qarşısında məharətlərini nümayiş etdirdilər. Şeir və mahnı kateqoriyasında yarışan şagirdləri tamaşaçılar böyük rəğbətlə qarşıladı. Tədbirdə ürək sözlərini söyləyən Mali Mədəniyyət Naziri Bruno Maiqa: “Dost dar gündə tanınar. Bu Türk məktəbləri çətin gündə bizi tək qoymayıb həqiqi dostluğun nə olduğunu göstərdilər. Bütün əcnəbilər ölkəmizi tərk etdilər, siz isə Mali xalqına xidmət etməyə davam etdiniz”, - dedi.
Mədəniyyətlərarası dialoqa xidmət etdiyinə görə bu kimi tədbirlərə böyük əhəmiyyət verdiyini söyləyən Nazir Maiqa: “Bu gün dünyanın beynəlxalq dil və mədəniyyət tədbirlərinə daha çox ehtiyacı var”, - dedi. Maiqa türkiyəli müəllimlərin ölkəni tərk etməyərək böyük fədakarlıq göstərdiklərini bildirdi.
- tarixində yaradılmışdır.