Müharibə və İxtilaflar Dindən Qaynaqlanmır

"Jurnalistlər və Yazarlar Cəmiyyəti"nin (Gazeteciler ve Yazarlar Vakfı) Fəxri Rəhbəri Fəthullah Gülən, səmavi din mənsubları arasındakı ayrılıq və ixtilafın dindən qaynaqlanmadığını söylədi.

Gülən, müharibələrin: “İlahi bəyanın əslinə sadiq qala bilməmiş, nifrət və mənfəətin övladları olan bəzi mübtədi din mənsublarının ortaya atdıqları səhv mülahizələrdən qaynaqlandığını” ifadə etdi. Bu il “Jurnalistlər və Yazarlar Cəmiyyəti”nin təşkil etdiyi 11-ci iftar yeməyi “Grand Cəvahir Oteli”ndə verildi. İftar gecəsinə göndərdiyi bir ismarıcla qatılan F. Gülən xülasə ilə bu ifadələri dilə gətirdi: "Hz. Musa qövmünü sevda nəğmələri ilə ətrafında toplamış və onları Fironun nifrət atəşindən qurtarmışdır. Hz. Məsih, insan sevgisinə bağlı bir həyat şeiri bəstələmiş və bunu müxtəlif şəkillərdə səsləndirərək vəzifəsini əda etmişdir. Hz. Məhəmməd (Allahın səlat və salamı Onun və bütün peyğəmbərlərin üzərinə olsun) də ömür boyu şəfqətin gur səsi və güzidə, seçkin təmsilçisi kimi yaşamışdır. Səmavi din mənsubları arasındakı ayrılıqlar, ixtilaflar və buna bağlı mücadilə və müharibələr dindən qaynaqlanmamışdır. İlahi bəyanın əslinə sadiq qala bilməmiş kinin, nifrətin və mənfəətin övladları olan bəzi mübtədi din mənsublarının ortaya atdıqları səhv mülahizələrdən, təhriflərdən, həva və həvəsdən qaynaqlanmış və qaynaqlanmaqdadır. Din duyğusu, tarix boyu elm və düşüncə həyatının şəkillənməsində, mədəniyyətlərin doğulub-böyüməsində və insanlığın təkamülündə ən birinci amil olduğu kimi, bu gün də əhəmiyyətini saxlayır."

Mütəvəlli Heyəti Başçısı Hüseyn Gülərcə də təşkil olunan iftarların artıq ailəvi yemək toplantılarına çevrildiyini ifadə etdi. Fənər Rum Patriyi Bartolomeos isə Amerikada müalicə alan Xoca Əfəndi üçün “çox darıxdıqlarını” söylədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.