Nigeriya Gülənin birgə yaşam mədəniyyəti anlayışını müzakirə edir

Uzun müddətdir ki yoxsul və müsəlman olan şimalla zəngin və xristian olan cənub arasındakı konfliktlər körüklənir. Nəhayət Sudanda baş verən hadisələrə bənzər bir ssenarinin həyata keçirilməyə çalışılan Nigeriyada Fəthullah Gülən Xocaəfəndinin birgəyaşam mədəniyyəti anlayışı müzakirə olunacaq.

Bu gün və sabah Nigeriyanın paytaxtı Abujada Transcorp Hilton Otelində təşkil olunan konfransa on üç ölkədən alim və ziyalılar dəvət olunub. Mərkəzi Abujada yerləşən Üfüq Dialoq Vəqfi və Fountain jurnalının birlikdə təşkil etdiyi, həmçinin Nigeriyanın altı universitetinin də dəstək verdiyi konfrans ölkənin federal təhsil naziri prof. Ruqayyatu Rufainin himayəsində həyata keçiriləcək. Konfransda qloballaşma fəlsəfəsindən, Xocaəfəndinin fikirlərindən faydalanaraq Nigeriyadakı etnik qarşıdurmaların qarşısını alma yollarından bəhs edən məruzələr oxunacaq.

Konfransın təşkilatçılarından Üfüq Dialoq Vəqfinin Sədri Tamer Çopuroğlunun fikrinə görə konfrans Xocaəfəndinin düşüncələrinin ən çox ehtiyac olduğu bir coğrafiyada kök salmasına zəmin hazırlayacaq. Çopuroğlu, ölkədə on üç ildən çoxdur ki, Xocaəfəndinin fikirlərindən ilham alaraq açılan məktəblər olduğunu, on üç məktəb, bir universitet və bir xəstəxanada bu fikirlərin həyata keçirildiyini söylədi. Fountain Jurnalının baş redaktoru Hakan Yeşilovanın fikrinə görə də Nigeriya Afrikaya açılan bir qapıdır. Demək olar ki, hər kəsin İngilis dilində danışdığı Nigeriya təbii olaraq Fountain jurnalının maraq dairəsindədir. "Bu konfrans Xocaəfəndinin fikirlərinin həyata keçirildiyinə şahid olma imkanı verəcək. Bu, gördüyünüz bir yuxunun çin olması qədər həyəcanvericidir. Eyni zamanda da növbəti yuxunu görmək üçün insana enerji də verir" deyir Yeşilova. Söylədiyinə görə The Fountain bu enerjini stabil həyatın bərqərar olmadığı Pakistan və Hindistan kimi ölkələrdə də konfranslar keçirməklə dəyərləndirəcəklərini bildirir. Konfransda oxunan məruzələr konfransın rəsmi internet saytı “nigeriaconference2011.org” və “cultureofcoexistence.org” ünvanında Türkiyə saatı ilə 09.00-dan etibarən yayımlanacaq.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.