Nigeriyada Türk universiteti açılır

Türk iş adamları tərəfindən Nigeriyanın paytaxtı Abujada qurulan Nigeriya Türk Nil Universiteti (NTNU) dekabrın 9 - da təhsil fəaliyyətinə başlayır.

156 milyon əhalisi olan Afrika ölkəsi Nigeriyada Türk iş adamları ilə başladılan təhsil fəaliyyəti bu sahədə yeni sərmayələrlə davam edir.

NTNU Rektoru prof. Levent Altıntop AA müxbirinə verdiyi müsahibədə paytaxt Abuja ilə yanaşı, Kaduna, Kano, Laqos və Yobe əyalətlərində yerləşən Türk məktəblərinin verdiyi təhsildən məmnun qalan Nigeriya dövlət başçısı Umar Musa Yaraduanın Türk iş adamlarına Abujada universitet qurmağı təklif etdiyini və iş adamlarının bu təklifə müsbət cavab verdiyini bildirdi.

“Nigeriya qanunlarına görə universitet ən az min hektarlıq ərazidə qurulmalıdır,” – deyən Altıntop Yaraduanın köməyi ilə universitetə lazım olan 1200 hektarlıq ərazinin Abuja şəhərindən 15 kilometrlik məsafədə təsis edildiyini və 20 yanvar 2009 - cu il tarixində universitet binasının təməlinin atıldığını bildirdi.

Rektor Altıntop qısa vaxtda tikilməsinə başlanılan universitetə Nigeriya dövlətinin lisenziya verdiyini və universitetin 9 dekabrda təhsilə başlayacağını ifadə edərək dedi: "Nigeriyanın bizdəki YÖK-ə bənzər Milli Universitet Komissiyası (NUC) başçı və üzvlərini Türkiyəyə aparıb ölkəmizdəki təhsil müsəssilərini gəzdirdik. NUC üzvləri buraları gördükdən sonra bizə daha fərqli baxmağa başladı və bir il içində universitetin rəsmən açılmasını təmin etdi. Universitetimiz Nigeriyanın 41 özəl universiteti arasında öz yerini tutandan sonra ilk mərhələdə 400 tələbə ilə təhsilə başlayacağıq. İndiyə qədər 40-ı Türk, 300-dən çox tələbə qeydiyyatdan keçib və qeydiyyatımız hələ də davam edir".

Universitetin nəzdində humanitar sahələr, mühəndislik və idarəetmə fakültələrinə bağlı on bölümün olacağını bildirən Altıntop: "Universitetimizə əslən Türk, İngilis dilini yüksək səviyyədə bilən 15 müəllim işə götürüldü. Həmçinin Nigeriyadan işə götürəcəyimiz yerli müəllimlər, xüsusilə, Nigeriya dili, mədəniyyəti kimi dərslər verəcəklər," – dedi.

Prof. Altıntop məqsədin yalnız nigeriyalıların deyil, Orta Afrikada yaşayan bütün şagirdlərin keyfiyyətli təhsil almasını təmin etmək olduğunu, keyfiyyətli təhsildən məhrum bir ölkədə verəcəkləri təhsillə Nigeriya Türk Nil Universitetini dünya miqyaslı universitetlər arasına çıxarmaq olduğunu dedi.

Başda Nigeriya olmaqla bütün Afrika qitəsində hər il müxtəlif xəstəliklərdən nə qədər insanın həyatını itirdiyini xatırladan Altıntop səhiyyə sahəsindəki boşluğu doldurmaq və mütəxəssis həkimlər yetişdirmək məqsədi ilə 2 il içində universitetdə tibb fakültəsinin də açılacağını əlavə etdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.