Nyu Yorkda Gülən və Gülən hərəkatından bəhs olundu
Nyu Nork Sülh Adaları İnstitutu (Peace Islands Institute) Türk Kültür Mərkəzində (TCC) Fəthullah Gülən və Gülən Hərəkatı haqqında seminar keçirmişdir.
Politologiya və dövlət idarəçiliyi üzrə professor, komentator, analitik və yazar Doğu Ergilin iştirakı ilə keçirilən seminarda Sülh Adaları İnstitutunun Sədri Hüquqşünaş Zəfər Akın da iştirakçıların arasında olub.
Seminarda“100 Sualda Fəthullah Gülən və Gülən Hərəkatı” (Fethulllah Gülen & The Gülen Movement in 100 Questions) kitabı əsasında könüllülərdən, müəllim, şagird və tələbələrdən, ziyalı və sahibkarlardan təşəkkül edən Gülən Hərəkatı Fəthullah Gülənin şəxsiyyəti, dünyagörüşü, dövlət və cəmiyyət haqqında görüşləri, Hərəkatın əsas prinsipləri və s. mövzulardan danışılmışdır.
Seminarın açılış çıxışında söz alan Sülh Adaları İnstitutunun Sədri Hüquqşünas Zəfər Akın Fəthullah Güləndən bir Türk alimi, yazıçı, mütəfəkkir, fikir öndəri kimi söz açıb dünyanın Gülən Hərəkatına ehtiyacı olduğunu söyləmişdir.
Seminar iştirakçısı professor Doğu Ergil isə Gülən Hərəkatının din və millət ayrı-seçkiliyi etmədən dinlərarası sülhü müdafiə etdiyini bildirərək Osmanlı dövlətində plural bir cəmiyyətin nöqsansız idarə olunduğunu, hazırda Türkiyə dövlətinin də eyni şəkildə müxtəlif din və etnoslara ev sahibliyi etdiyini söyləyib.
Məktəblər haqqında da söz açan D.Ergil bu maarif ocaqlarında məktəbəqədər hazırlıqdan tutmuş ali məktəblər də daxil olmaqla bütün təhsil mərhələlərini əhatə etdiyini bildirmişdir.
- tarixində yaradılmışdır.