Ölkəmiz Türk məktəblərindən çox razıdır
Prezident R.T.Ərdoğanın dəvətilə təhvil-təslim mərasimində iştirak etmək üçün Türkiyəyə gələn Efiopiya prezidenti Mulatu Teşome Virtu: “Türk məktəblərindən razıyıq. Bu məktəblər həm Efiopiya xalqına, həm də Efiopiyada yaşayan əcnəbilərə yüksək təhsil verir”, - deyib.
Efiopiyanın prezidenti Mulatu Teşome Virtu dünyanın 160-a yaxın ölkəsində təhsil verən Türk məktəblərindən ağızdolusu danışıb. Efiopiya xalqının məktəblərdən razı olduğunu söyləyən Virtu: “Türk məktəblərindən heç bir şikayətimiz yoxdur. Bu təhsil ocaqları Efiopiyanın ən yaxşı məktəblər siyahısındadır. Həm Efiopiya xalqına, həm də ölkədə yaşayan əcnəbilərə yüksək təhsil verirlər”, - deyib.
- tarixində yaradılmışdır.