“Ölüm orucu” tədrici intihardır!..
Fəthullah Gülən Xocaəfəndi “ölüm orucu” tutan və ya başqa sözlə desək, aclıq aksiyası keçirənlər haqqında mühüm açıqlamalar verdi. Xocaəfəndi ölüm orucunun tədrici intihar olduğunu, bu işi görənlərin kamikadzelərlə eyni aqibətə məruz qalacaqlarını bildirdi.
Əvvəlcə insanın mükəmməl xilqətinə və Haqq dərgahında dəyərinə təmas edən Xocaəfəndi Həzrəti Əlinin (r.a.) "Ey insan sən özünü kiçik bir məxluq sanırsan, unutma ki, səndə kainat yatır. Sən bu kainatın föhristisən", - kəlamını xatırlatdı sonra da M. Akifin Həzrəti Əlidən ilham alaraq belə səsləndiyini qeyd etdi:
“Xəbərdar olmamışsın kəndi zatından da hala sən,
“Mühəkkir bir vücudam!” dərsin ey insan, fəqət bilsən.
Sənin mahiyyətin hətta mələklərdən də ülvidir:
Əvalim səndə pünhandır, cahanlar səndə mətvidir.”
İnsanın qiymətini bilməyən və cana qıyan insanların həm özünə hörmətsizlik, həm də Allahın əmanətinə xəyanət etmiş olduğunu vurğulayan möhtərəm Fəthullah Gülən Xocaəfəndi, "Başqasının canına qıymaq cinayət olduğu kimi, bir insanın öz canına qıyması da cinayətdir", - dedi. "Kim bir kimsəni, qisas və ya yer üzündə bir fəsada müqabil olmanın xaricində öldürsə, bütün insanları öldürmüş kimidir. Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur" (“Maidə” surəsi, 5/32) ayəsini xatırladaraq istər başqasını öldürmək, istərsə də intihar edərək öz canına qıymaq bütün insanlığı öldürməyə bərabər bir cinayət sayıldığını vurğuladı.
Törədəni kim və məqsədi nə olursa-olsun hər bir intihar hücumunun böyük bir cinayət olduğunu deyən Fəthullah Gülən Xocaəfəndi belə davam etdi: "Üstəlik bu cinayəti “müqəddəs” sayaraq və din adından edirlərsə, bu daha təhlükəlidir və əgər dərman qəbul etdirilərək qeyri-iradi bu işi görməmişlərsə, bu işi törədənlərin axirətdə qurtulması mümkün deyil. Kamikadzelər bu işi din üçün etsələr də, ölümə "lə iləhə illəllah" deyərək getsələr də ilk öncə onlar "cubb" deyə cəhənnəmə düşərlər. Çünki İslamiyyətdə sülhün də, müharibənin də müəyyən qayda-qanunları var. Sülh şəraitində heç kimin özbaşına müharibə elan edib insan öldürməyə hüququ çatmır, həmçinin heç kimin qızğın döyüş meydanında düşmənin uşaq, qadın və yaşlılarını öldürməyə haqqı yoxdur. Beləliklə, hansı aspektdən baxırsınız-baxın, intihar hücumları, kamikadzelər və buna bənzər terror aktlarını müsəlmanlıqla bir tutmaq mümkün deyil".
Ölüm orucunu "tədrici intihar" kimi xarakterizə edən Xocaəfəndi "Əgər, Allaha, Peyğəmbərə, Allahdan gələn səmavi kitaba inanırlarsa, “ölüm orucu” tədrici intihardır. Bunu edənlər öz qədrini, qiymətini bilməyən, Haqq dərgahındakı dəyərini itirmiş və bir kənara atılmış insanlardı", - dedi.
O insanları bu işdən daşındırmaq üçün tezliklə hərəkətə keçməyə səsləyən M. Fəthullah Gülən: "Kamikazeləri bu işdən daşındırmaq lazımdır. Aclıq aksiyası keçirənləri bu niyyətlərindən daşındırmaq lazımdır. Bu da cəmiyyətin, xüsusilə onlara sözü keçən böyüklərin, elm adamlarının və idarəçilərin öhdəsinə düşür", - dedi.
"Sənə nə, nəyə qarışırsa, ölüm orucu tutur, qoy tutsun?" deyə etiraz edənlərin çıxa biləcəyini qeyd edən Fəthullah Gülən: "Hər kəs öz xarakterini otaya qoyur... Neyləmək olar, insanıq. Ölənə kədərlənərik. O cür çirkab düşüncələrə batanların aqibətindən qorxuruq, çünki insanıq!.. ", - dedi və ölkəyə dua etməyə çağıraraq söhbətini yekunlaşdırdı.
Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.
- tarixində yaradılmışdır.