Pakistanda Fəthullah Gülən Xoca Əfəndi Rüzgarı

Son illər Əl-Qaidə və Talibana dəstək verməkdə ittiham olunan Pakistan bunun doğru olmadığını dünyaya isbat etməyə çalışır. Bu məqsədlə keçən il dövlətin təşəbbüsü ilə qurulan "Sufi Konsul" öz fəaliyyətləri ilə ölkənin ən perspektivli qurumlarından birinə çevrilmişdir. İslamın sülh, dostluq və sevgi dini olduğunu çatdırmağı özünə hədəf seçən "Sufi Konsul" universitetlər və qeyri-hökümət təşkilatları ilə seminarlar, konfranslar təşkil edir. Bunlardan sonuncusu Pakistanın paytaxtı İslamabadda "Sufi Konsul", Allamə İqbal Universiteti və "Rumi Forum" un birgə səyi ilə təşkil edildi. "Şərq və Qərb rezonansı" ("Resonance of the East and West") adlı beynəlxalq seminarda ölkənin tanınmış elm xadimləri iştirak etdi. Şərq və Qərb arasında müdafiə qayğısından uzaq bir yanaşma tərzi ilə qarşılıqlı anlaşma və dialoq mühitinin əldə edilə biləcəyindən bəhs edən seminarda Fəthullah Gülən Xoca Əfəndinin fikirlərinə də yer verildi.

Seminarın açılışında çıxış edən Riphah Universitetinin rektoru, Pakistanın tanınmış elm xadimlərindən professor Ənis Əhməd "rezonans" kəlməsinin diqqətlə və yerində seçilmiş olduğunu deyərək, mədəniyyətlərarası dialoq mövzusunda İslamı olduğu kimi tanıtmanın zəruriliyindən və onda mövcud olan potensial birliyin əhəmiyyətindən bəhs etdi. Fikirləri yenidən nəzərdən keçirmənin və Şərq-Qərb münasibətlərinin analizinin zəruriliyini xatırlatdı. "Müsbət Hərəkət"in (Hər kəsə fərqliliyindən aslı olmayaraq hörmətlə yanaşmanın) ictimai əlaqələrdə təməl bir əsas olduğuna toxunaraq fikrini tamamladı.

Professor Xalid Məqbul Şərq və Qərb arasında varlığı iddia olunan fərqliliyin tamamən süni olduğunu və mənfi yöndə cərəyan etdiyini bildirərək bu fərqliliyin (ayrı seçkiliyin) müstəmləkəçilik dövründə ortaya çıxdığını qeyd etdi. Professor Məqbul XII-XIV əsrlərdə Şərq və Qərb arasındakı münasibətlərin bu günə nisbətən daha yaxşı səviyyədə olduğunu xüsusi vurğuladı.

Multan Bahəddin Zəkəriyyə Universitetinin nümayəndəsi professor Məhəmməd Əkrəm "Mövlana Cəlaləddin Ruminin mənəvi rolu" adlı məruzəsində Mövlananın bütün insanlara heç bir fərq qoymadan sevgi ilə yanaşdığını, din, irq, ölkə fərqliliyini isə "birlik okeanı" kimi qəbul etdiyini dedi.

"Rumi Forum" akademiyasının kordinatorlarından dr. Murad Yılmaz müsəlman aləmində ən çox adı çəkilən mütəfəkkir M.F.Güləni təqdim etdikdən sonra onun bir çox dilə tərcümə edilmiş kitablarından və düşüncələri ətrafında cəmlənən könüllülər hərəkatından danışdı. Təhsilin insan faktoruna təsiri və ictimai asayişin təmin edilməsində böyük əhəmiyyətə malik olduğuna diqqət çəkən Murad Yılmaz F. Gülənin təhsil, elm, iqtisadiyyat və sosial bərabərlik mövzularında verdiyi konfransları qeyd edərək, bir nəzəriyyə olmasına baxmayaraq qanun kimi ortaya atılan Darvinzim cərəyanına qarşı Gülənin hələ 1970-ci illərdə konfranslar təşkil etdiyindən bəhs etdi. Xüsusilə də 11 sentyabr hadisələrinə qarşı ilk cavab verən müsəlman din xadimlərindən biri olan Fəthullah Gülənin: "Heç bir terrorist müsəlman deyil və heç bir müsəlman da terrorist ola bilməz" sözünün əhəmiyyətini vurğuladı.

Dr. Naim Müştaq müsəlmanların dialoq və bir-birini anlamaq üçün əcnəbi mənbələrdən daha çox doğma mənbələrə müraciət etməli olduqlarını qeyd edərək bu mənada F. Gülənin əsərlərini və onun fikirlərindən bəhs edən "Advocate of Dialogue" adlı kitabını oxumağı mövzu ilə maraqlanan hər kəsə tövsiyə etdi.

"Rumi Forum"dan dr. Suat Erguvan isə "Müsbət Hərəkət" mövzulu çıxışında 21-ci əsrdə birləşdirici insan profilinin ümumi analizini apararaq gözəl əxlaqlı, savadlı və içi ilə çölü bir olan insanların gələcəyin memarları olaraq dəyərləndirilə biləcəyini qeyd etdi. Bu mənada dünya miqyasında sülh adacıqları olaraq fəaliyyət göstərən türk məktəblərinin birləşdirmə yolunda əvəzsiz roluna diqqət çəkərək dünyada əmin-amanlıq üçün müsbət hərəkətin vacibliyini və onun təhsil və digər birləşdirici ünsürlərdən istifadə etməklə fədakar könüllülər hərəkatı ilə həyata keçirildiyini qeyd etdi.

Dr. Muhamməd Ziyaül Haqq F. Gülənin fikirləri, din və mədəniyyətlərarası dialoqa göstərdiyi xidmətindən bəhs edən çıxışında Gülənin təşviq etdiyi könüllülər hərəkatının son vaxtlar Pakistanda daha çox ehtiyac duyulan ictimai asayiş və birlik mövzularında nümunə olduğuna inandıqlarını və bu məqsəd ətrafında Gülən hərəkatını tanıdacaqlarını dedi.

Konfransın son çıxışını edən Allamə İqbal Universitetinin rektoru professor Mahmudul Hassan Butt bu seminarın iştirakçıların düşüncə və yanaşma tərzlərinə yeni bir üfüq qazandırdığını və gələcəkdə bu mövzu ətrafında "Rumi Forum"la birlikdə müxtəlif elmi tədqiqatlara imza atmaq istədiklərini bildirdi.

Seminarda həmçinin Pəncab Universitetindən dr. Mümtaz Salih və dr. Qəlbi Abid, dr. Muhamməd Bəkir Xan, dr. Məhyəddin Haşimi, Beynəlxalq İslam Universitetinin prorektoru dr. Muhamməd Xəlifə Hassan və dr.Abdulhamid Birişıq da çıxış etdilər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.