Pakistanda Fəthullah Gülənə “fəxri doktor” ünvanı verildi

Pakistanın Pəncab Dövlət Universiteti Fəthullah Gülənə “fəxri doktor” ünvanı verdi.

Pəncab Dövlət Universiteti Senatı 17 il əvvəl Pakistanda Türk məktəblərin açılmasını təşviq etdiyinə və Pakistanla dünya sühünə verdiyi töhfələrə görə Fəthullah Güləni “fəxri doktor” ünvanı ilə mükafatlandırdı.

Tədbir Lahorda Pəncab Dövlət Universitetin əsas binasında keçirildi və universitetin rektoru prof. Mücahid Kamran fəxri doktor ünvanını Fəthullah Gülən adından tədbirə qatılan Jurnalistlər və Yazarlar Vəqfinin sədri Mustafa Yaşıla təqdim etdi.

Tədbirə Pəncab Əyalətin təhsil naziri Seyid Zaim Hüseyn, Enerji və Təbii Resurslar Naziri Codri Abdul Qafur, millət vəkilləri və elm dairələrdən çox sayda qonaq qatıldı.

Tədbirdə çıxış edən Pəncab Dövlət Universitetinin rektoru prof. Kamran Gülənin düşüncə və fikirlərinin müsəlmanlar və bütün bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Jurnalistlər və Yazarlar Vəqfinin sədri Mustafa Yaşıl çıxışında Güləndən salam gətirdiyini bildirərək onun adından universitet senatına təşəkkür etdi.

Pakistanın ən qədim ali təhsil müəssisəsi Pəncab Dövlət Universiteti ən son 1986-cı ildə Türkiyənin yeddinci prezidenti Kənan Evrənə fəxri doktor ünvanı vermişdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.