Pakistanda konfrans

Pakistanın məşhur təhsil müəssələrindən Allame İqbal Universiteti və Rumi Forumun işbirliyi ilə “Mövlana, İqbal və Fəthullah Gülənə görə ideal insan” mövzulu konfrans keçirildi.

Pakistanın paytaxtı İslamabadda yerləşən Allame İqbal Universitetində keçirilən konfransa ölkənənin görkəmli mütəfəkkir və ziyalıları iştirak etdi. Konfransda Mövlana Cəlaləddin Rumi, Muhamməd İqba və Fəthullah Gülənə görə ideal insanın vəsflərindən bəhs edildi.

Mövlana, İqbal və Fəthullah Gülənə görə ideal insan konfransı

Konfransda iştirak edən Pakistan Din İşləri üzrə Nazir Hamid Seyid Kazmi ölkəni təhdid edən terrorizmi təsəvvüflə məğlub edə biləcəklərini dedi. Mövlana və İqbalın düşüncələri dövrümüzdə Fəthullah Gülənlə yenidən canlandığını deyən Kazmi: “Gözlərimiz İslam dünyasını düşdüyü bu vəziyyətdən qurtaracaq fədakar qəhrəmanlar axtarır. Mövlana, İqbal və Fəthullah Gülənin vəsf etdiyi ideal insan bu gün İslam dünyasını xilas edə biləcək insandır,” dedi.

Rumi Forumun fəxri qonağı olan prof. Hasan Ali Yurtsever Mövlana, İqbal və Fəthullah Gülənin düşüncələrinin mərkəzində insan sevgisi durduğunu söylədi. Fəthullah Gülənin Mövlana və İqbalın davamçısı olduğunu vurğuladı. Gülən hərəkatının hər cür ifratdan uzaq olduğunu deyən Yurtsever: “Gülənin düşüncələrindən təsirlənən və dünyanın yüzdən çox ölkəsinə sevgi, sülh və xoşgörü aparan fədakar insanlarının dünyanın gələcəyini dəyişdirəcəyinə inanıram” dedi.

Beynəlxalq İslam Universitetinin müəllimi prof. Muhammed Ziyaul-Haq Gülənin İslam dünyasının ən görkəmli, mühüm şəxsiyyətlərdən biri olduğunu dedi. Fəthullah Gülənin dünyanın müxtəlif ölkələrində qəbul edildiyini deyən Ziyaül-Haq bəşəriyyəti sevgi ilə qucaqlayan bu düşüncələrin İslam dünyasının gələcəyinə ümid bəxş edən bir hərəkata çevrildiyini ifadə etdi.

Konfransın yekun çıxışını edən Allame İqbal Universitetinin Rektoru prof. Mahmudul Hasan Bat: “Bu gün bəşəriyyətin ən böyük vəzifəsi ideal insan yetişdirməkdir” dedi. Canlı nümünələrlə dünyaya sevgi, sülh və xoşgörü yaymaq üçün fəaliyyət göstərən könüllüləri tanımağa və tanıtmağa səbəb olan belə gözəl, mənalı yığıncağa ev sahibliyi etdiyinə görə sevinc duyduğunu deyən Bat iştirakçılara da təşəkkürünü bildirdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.