Prof. Harrinqton: Gülən ABŞ-da İslam və Türkiyə haqqındakı fikirləri dəyişdirdi

Amerikalı hüquqşünas prof. Ceyms C. Harrinqton Fəthullah Gülən Hərəkatının ABŞ-da çox böyük işlər gördüyünü vurğuladı. Gülənin 11 sentyabr hadisəsindən sonra İslam və Türkiyə haqqında yaranan mənfi düşüncələrin dəyişməsinə səbəb olduğunu deyən Harrington: "Terror barbarlıqdır, İslamla heç bir əlaqəsi yoxdur. Gülən mükəmməl iş gördü" dedi.

Texas Universiteti Hüquq Fakültəsinin həmkarı, “Fethullah Gülenin hukuk serüveni” kitabının müəllifi prof. Ceyms C. Harriqgton Fəthullah Gülənin ABŞ-da İslam və Türkiyə haqqındakı fikirlərinin dəyişməsinə səbəb olduğunu bildirdi. Amerikalıların İslam deyəndə İran və Səudiyyə Ərəbistan başa düşdüyünü deyən Harrington "Bu hərəkat sayəsində, həqiqətən, İslam haqqında anlayışımız dəyişdi. Fəthullah Gülən 11 sentyabr hadisəsindən sonra “Vaşinqton Post” və Nyu York Tayms” qəzetlərinə elan verərək terroru lənətlədi. Terrorun barbarlıq olduğunu, İslamla əlaqəsi olmadığını çatdırdı. Bunun o çox mükəmməl iş gördü. Beləcə İslamın o biri üzünü tanıtdı" dedi.

Antaliya Mədəniyyətlərarası Dialoq Mərkəzi (AMDİM), Texas Universiteti Hüquq Fakültəsinin həmkarı Prof. Ceyms C. Harrinqton və akademik-jurnalist prof. Mehmet Altanın iştirakıyla “Ümumbəşəri parametrlərdə hüquq və insan haqları” adlı konfrans keçirildi. Konfransın aparıcısı jurnalist Faruq Mərcanın təqdimatı ilə prof. Harrington Fəthullah Gülənin hüquq mübarizəsindən danışdı. İnsan haqları müdafiəçisi hüquqşünas olaraq Fəthullah Gülən haqqında açılan cinayət işini 8 il araşdırdığını bildirən professorun fikrincə Gülən təvazökar bir təsəvvüf hərəkatının üzvü və inanclararası dialoqa, elmə, elmlə dinin vəhdətinə inanan şəxs olduğunu qeyd etdi. Gülən Hərəkatında təhsil və mənəviyyatın çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan alim "Dünyanın 120 ölkəsində mindən çox məktəb var. Türkiyədəki məktəblərin uğurlarından da hamımızın xəbəri var. Gülən Hərəkatı ABŞ-da da çox güclü mövqeyə malikdir. Təkcə Texasda 28 məktəb fəaliyyət göstərir. Hərəkətla bağlı ABŞ-ın müxtəlif ştatlarında 21 konfrans verdim." dedi. Hərəkatda yardımlaşmanın da mühüm faktor olduğunu deyən professor könüllüllərin öz gəlirlərinin 10-15%-ni hərəkata bağışladığını qeyd etdi.

Professor 1995-ci ildə Fəthullah Gülənin simasında hərəkatın əleyhinə 80 səhifəlik iddianamə yazıldığını, Gülənin 10 il təqib olunduğunu, onun çox əziyyətlər çəkdiyini bildirdi. Harrinqton dialoqu dəstəkləyən və insanları sülhə dəvət edən bir insanın nəyə əsasən ittiham olunduğunu anlaya bilmədiyini dilə gətirdi.

Prof. Ceyms C. Harrington "Bu hərəkatla niyə bu qədər maraqlanırsınız?” sualına "İnsan haqqlarına həmişə marağım olub. Katolik olduğuma görə, köklü dini keçmişim var. Araşdırdıqca hərəkatın bünövrəsində mənəviyyat və yardımlaşma olduğuna şahid oldum. Əslində hərəkatda öz həyatımı gördüm. Bu da dəyərlərim və insan haqları baxımından çox əhəmiyyətlidir" cavab verdi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.