Qabon Təhsil Naziri: “Daha böyük məktəblər açın”

Qabon Təhsil Naziri: “Daha böyük məktəblər açın”

Qərbi Afrika ölkələrindən Qabon respublikasının təhsil naziri Leon Nzuba Türk məktəblərinin fəaliyyətlərindən məmnun olduqlarını dilə gətirib. Qabonlu nazirin də iştirak etdiyi “Türk günü” adlı xeyriyyə tədbirindən əldə olunan vəsait Soma faciəsində zərərçəkənlərin yaxınlarına göndəriləcək.

Paytaxt Librevildə (Qabon) keçirilən “Türk günü” tədbirində iştirak edən Qabonun təhsil naziri Nzuba Türk-Qabon Beynəlxalq Məktəblərinin ölkədə çox əhəmiyyətli təhsil qurumu olduğunu qeyd edib. Nazir: “Başda ölkə başçısı olmaqla hökumətimiz daha böyük məktəblər açması üçün Türk iş adamlarını təşviq edir”, – deyib.

Məktəblər Türkiyə ilə əlaqələri daha da gücləndirir

Hər il Türk-Qabon Beynəlxalq Məktəblərinin təşkilatçılığı ilə keçirilən riyaziyyat olimpiadasının ölkə təhsilinə böyük töhfə verdiyini söyləyən Təhsil Naziri: “Bu məktəblər sayəsində qabonlu şagirdlər Türk təhsil sistemindən faydalanaraq bir neçə dili birdən öyrənmək fürsəti əldə edirlər” – deyib.

İki şagirdlə başladıq, üç məktəblə davam edirik

Türk-Qabon Beynəlxalq Özəl Məktəblərinin müdiri Ərcan Yılmaz isə məktəbin təhsil həyatına 2008-ci ildə iki şəgardlə başladığını, hazırda isə üç məktəb və 240 şagirdlə davam etdiyini söyləyib. Yeni məktəb binasının inşaatını da gələn il başa vuracaqlarını söyləyən Yılmaz: “Daha geniş imkanlarımız olacaq. Türkiyəni Qabonda, eyni şəkildə Qabonu da Türkiyədə tanıtmaq bizim ümdə vəzifəmizdir. Biz bunu həyata keçirməyə çalışırıq”, - deyib.

Məktəblərlərin və orada verilən təhsilin ölkələri bir-birinə tanıtmaq üçün mühim faktor olduğunu söyləyən Yılımaz: “Bu gün yetişən uşaqlar türk dilini öyrənirlər, türk dilində tanışırlar, bizi başa düşürlər. Türkiyə kanallarını seyr edərək, mahnılarımızı söyləyərək iki ölkə arasında sevgi körpüləri qururlar. Bizim mədəniyyətimizi tanıyırlar. Mədəni əlaqələrlə yanaşı, iqtisadi əlaqələr də inkişaf edir. İqtisadiyyatın inkişafında dilin böyük rolu var”, - deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.