“Qar yağsa, camaatdan bilirlər”
AKP-nin Sədr müavini Hüseyin Çelik PTT Ahlatlıbel müəssisəsində media qurumlarının xəbər şöbələrinin müdirləri ilə keçirdiyi toplantıda bir sıra aktual məsələlərə aydınlıq gətirdi. Çelik Baş Nazirin köməkçisi Bülənt Arınçın Fəthullah Gülənlə görüşü haqqında açıqalamalar verdi: “Türkiyədə Xocaəfəndini sevən bir camaat var.
Son vaxtlar Türkiyədə belə düşüncə dəbə düşüb: “qar yağsa, camaat yağdırır, quraqlıq olsa, baiskarı camaatdır” deyirlər. Mənfi nə varsa, hər şeyi yıxırlar camaatın üstünə”, ‒ dedi. “Camaatla hökümət bir-birinə düşmən kəsildi” kimi yanlış xəbərlər yaydıqlarını diqqətə çatdıran Çelik sözə belə davam etdi: “Əvvəllər də “Biz mühafizəkar demokrat bir hökümətik, partiyayıq. Heç vaxt öz seçicilərimizin, xalqın dəyərlərinin əleyhinə hərəkət etməmişik, etməyəcəyik də”, demişdim.”
““Camaat” adlandırdığınız insanlar eyni ruh və məna aləmini bölüşdüyümüz insanlardır. Başqa bir camaatın da bizdən istəkləri var, çətinlikləri var. Siyasətin əsasında vətəndaş məmnuniyyəti dayanır, vətəndaş sizə dəstək versə, iqtidara keçərsiniz. Dolayısilə bir nəfərin bizdən narazı olması belə bizi qayğılandırır. Bizdən narazı olan, küçələrdə bunu səsləndirən, ideoloji baxımdan əleyhimizə olan, başqa partiyaya tərəfdar olan kəsimlər var. Ağzımızla quş tutsaq da, biz bunları razı sala bilmərik, amma bizə səs verən, dəstək verən eyni mənəviyyatı, duyğu-düşüncəni bölüşdüyümüz insanlar haqqında yalnış iddialar ortaya atılırsa, bunu dialoqla həll etmək iqtidarın, partiyanın, siyasi hərəkatın vəzifəsidir. Arıncın ziyarətini də bu cür qiymətləndirmək lazımdır”.
- tarixində yaradılmışdır.