Qare Əhməd Naina: “Türk məktəbləri insanlığa xidmət edir”
Dünya şöhrətli hafiz professor Əhməd Naina dünyaya yayılan Türk məktəblərinin insanlığa xidmət etdiyini söylədi. Getdiyi hər ölkədə ilk öncə Türk məktəblərinə baş çəkdiyini açıqlayan Naina: “Misirdəki məktəblərin açılışını mən etmişəm. Allah buna vəsilə olanlardan razı olsun”, - dedi.
Müqəddəs Mövlüd Həftəsi tədbirləri çərçivəsində Mardin Din Xadimləri Dərnəyinin Cüneyd Yüksəl Məscidində təşkil etdiyi tədbirə qatılan Əhməd Naina Qurani-Kərim oxudu. Böyük maraqla qarşılanan tədbirdə Naina qonaqları öz məlahətli səsi ilə məst etdi.
Məsciddə Qurani-Kərimlə verdiyi mənəvi ziyafətdən sonra bütün dünyada açılan Türk məktəblərini öyən misirli hafiz professor Əhməd Naina bu təhsil ocaqlarının sülh və sevgi toxumları əkdiyini vurğuladı. Dünyanın hər yerində Türk məktəbləri açıldığını bildirən Naina: “Gəzdiyim, gördüyüm ölkələrdə əvvəlcə Türk məktəblərinə baş çəkirəm. Hətta Midyatda açılan məktəbi də ziyarət etdim. Çox bəyəndim. Mardində də beş məktəb açılıb. Çox məmnun oldum”, dedi.
Türk məktəblərinin çox mühüm işlər gördüyünü deyən Naina “Bu, çox böyük bir xidmətdir. Bu, bütün insanlığa xidmətdir. Qiymətini bilmək lazımdır. Bu xidmətin davam etməsini diləyirəm. Misirdə açılan Səlahəddin Türk məktəblərinin açılışını mən etmişəm. “Yeni Qahirə” adlanan bölgədə açılan Türk məktəbində Quran oxumuşam. Allah bu xidmətlərə vəsilə olanlardan razı olsun”, - dedi.
- tarixində yaradılmışdır.