“Qərb filosoflarından fərlqi olaraq Gülən nəzəriyəni praktikaya çevirir”

Qərb filosoflarından fərlqi olaraq Gülən nəzəriyəni praktikaya çevirir

Hizmət hərəkatının dünya sülhünə verdiyi töhfələrdən söhbət açıldığı simpoziumda Maunt Street Meris (Mount St. Marys) Universitetinin əməkdaşı professor Tradi Kanvey (Trudy Conway) Fəthullah Gülənin qərb filosoflarından fərqli olaraq nəzəriyyəni praktikaya çevirdiyini söyləyib.

“Cihan” xəbər agentliyinə müsahibə verən Maunt Street Meris Universitetinin əməkdaşı professor Tradi Kanvey Hizmət hərəkatının kökündə dialoq və tolerantlığa zəmin hazırlayan ali məziyyətlərin dayandığını dilə gətirib. Fəthullah Gülənin fikirləri haqda ağızdolusu danışan Kanvey: “Bir çox qərb filosofu nəzəriyyə cəhətdən möhtəşəmdir. Ancaq həyatlarına baxanda və digər fəaliyyətləri ilə tanış olanda məziyyətləri baxımından tutarsız olduqlarını görürsünüz”, - deyib. Kanvey Gülənin fəaliyyətləri ilə düşüncələrini doğruldan, nəzəriyyələrini praktikaya çevirən və insanları buna təşviq edən bir şəxsiyyət olduğunu bildirib.

Hizmət hərəkatı ilə tanış olandan bəri ona inadığını dilə gətirən Kanvey: “Bu konfrans inamımı doğrultdu”, - deyib. Konfransa qatılan doktoranturanı bitirimiş qadın iştirakçıları nişan verən Kanvey qadınların hərəkatın yuxarı vəzifələrində yer aldığını görməkdən məmnun olduğunu bildirib.

İnkarnet Vord (Incarnate Word) Universitetinin əməkdaşı professor Marta Anna Kirk (Martha Ann Kirk) Hizmət hərəkatının sülhə verdiyi töhfələr haqda İraqda müşahidə etdiyi faktlar əsasında müzakirə etmək istədiyini bildirib. Kirk 30 ildən artıq zorakılığın meydan suladığı bu ölkədə Türk müəllimlərinin elmlə yanaşı, fəzilət kimi mənəvi dəyərləri də təlim etdiyini söyləyib.

İraqda fərqli etnik və dini qruplar arasında bəzən qarşıdurmalar meydana gəldiyini diqqətə çatdıran Kirk: “Ancaq Türk məktəbləri şagirdlərə birliyi, əməyi, insana hörməti və qərəzli yanaşmanın pisliyini öyrədirlər. Bu, sülhün bərqərar olmasına verilən möhtəşəm bir töhfədir”, - deyib.

Fəthullah Gülənin Allahı ürəkdən sevən bir insan olduğunu bildirən Kirk: “Bu məhəbbət onu bütün insanlığı sevməyə və şəfqət bəsləməyə sövq edir. O, insanları qardaşlarına qayğı göstərməyə dəvət edir. Mən bir xristiyanam və mənəviyyat dərsi verirəm. Əlavə olaraq tələbələrimi Fəthullah Gülən haqda da məlumatlandırıram. Çünki onun mənəviyyatı bütün dünya insanları üçün möhtəşəm bir nümunədir”, - deyib.

Martin Lüterdən təsirlənərək 50 ildən artıqdır ki dərs verdiyini dilə gətirən Hambold (Humboldt) Dövlət Universitetinin əməkadşı professor Tomas Geyc (Thomas Gage): “Karyeramın son illərində Fəthullah Gülənlə tanış oldum. Buna şahid oldum ki: Martin Lüter və Fəthullah Gülən Nelson Manela kimi daha gözəl bir dünya üçün çalışırlar”, - deyib.

Amerika Katolik Universitetinin əməkdaşı professor Vilhelmus Volkenberq (Wilhelmus Walkenberg) Hizmət hərəkatının təhsil, dialoq və humanitar yardım fəaliyyətləri ilə dünya sülhünə verdiyi töhfələrdən söhbət açıb. Dialoqun sülhün bərqərar olmasında ən gözəl yol olduğunu söyləyən Volkenberq hərəkatın humanitar yardım sahəsində çox fəal olduğunu bildirib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.