Qırğızıstanda Türk mütəfəkkirlərin nəsihətlərindən söz açıldı

Qırğızıstanın İssık-Kul bölgəsindəki Qaraqol şəhərində tərtib olunan "Türk mütəfəkkirlərin nəsihət və vəsiyyətləri" adlı konfransda Fəthullah Gülənin tolerantlıq və dialoqa verdiyi əhəmiyyət müzakirə olundu. Natiqlər, Gülənin tolerantlıqla birlikdə təhsilə də böyük əhəmiyyət verdiyi və bu maarif qurumlarının dünya miqyasında tanındığını dilə gətirdilər. Qasımalı Cantoşev adına Dram Teatrında tərtib olunan konfransda İssık-Kul bölgə Valiliyi, Qırğızıstan Mədəniyyət Nazirliyi nümayəndələri, elm adamları, mətbuat nümayəndələri və çox sayda qonaq iştirak etdi.

Dialoq Avrasiya Platformu (DAP) Kaşğarlı Mahmud Şərq Universiteti və Qasım Tınıstanov İssık-Kul Dövlət Universitetinin birlikdə təşkil etdikləri konfransda Türk dünyasının məşhur mütəfəkkirlərin nəsihətləri müzakirə olundu. Türk dünyasının məşhur lüğəti “Divani-Lüğətit-Türk” müəllifi Mahmud Kaşgari, Qırğız dili qrammatikasının təməlini atan elm xadimi Qasım Tınıstanov, mütəfəkkir, tənqidçi və meyxana ustası Kalıgul Bayuulu və bəşəriyyəti tolerantlıq və mədəniyyətlər arası dialoqa dəvət edən Fəthullah Gülən haqqında tamaşaçılara məlumat verildi.

Toktosopiyev: "Gülən Türk Dünyasının Fəxridir"

Konfransın açılış nitqini söyləyən İssık-Kul Dövlət Universitetinin Rektoru Professor Alımbay Toktosopiyev Fəthullah Gülən haqqında təəssüratlarını bildirdi. Toktosopiyev dünyanı sülhə dəvət edənlərdən Yaponiyanın beynəlxalq sülh təşkilatı “Soka Gakkai”nin rəhbərliyini edən Daisaku İkeda və ABŞ-lı kvant kimyası mütəxəssisi Linus Paulingonu tanıdığını, lakin Fəthullah Gülənin Türk dünyasının böyük mütəfəkkiri olduğunu dedi. Toktosopiyev, dinlə terrorizmin ayrı olduğunu vurğulayan Gülənin bəşəriyyəti silahlanmağa deyil, tolerantlıq və sülhə dəvət etdiyini qeyd etdi.

"Fəthullah Gülən Mövzulu Tezis"

Türk dünyasının mütəfəkkirlərinin nəsihət və vəsiyyətləri ilə universitet tələbələrinə səslənən Rektor Professor Toktosopiyev Fəthullah Gülən mövzulu araşdırma və diplom işləri yazmağa dəvət etdi. Toktosopiyev Gülən haqqında istənilən məlumatı hər yerdə açıq və dəqiq şəkildə tapa biləcəklərini deyərək, tələbələrin Gülən haqqında məlumat toplamasını istədi.

"Gülən, Beynəlxalq Dostluğun Öndəri"

Qırğızıstan Elmlər Akademiyası İctimai Elmlər Kafedrasının Rəhbəri Professor Askar Bədəlbayev konfransda Fəthullah Gülənin təhsilə verdiyi əhəmiyyətdən bəhs etdi. Bədəlbayev Fəthullah Gülənin fikirləri əsasında dünyanın bir çox ölkəsində açılan yüzlərlə məktəbin fəaliyyətləri və onların müvəffəqiyyətini vurğuladı. Bədəlbayev Fəthullah Güləndən insanları tolerantlığa və sülhə dəvət edən bir şəxsiyyət olaraq bəhs etdi. Gülən haqqında məlumat verən Professor Bədəlbayev Gülənin dövrün üç böyük xəstəliyi; savadsızlıq, yoxsulluq və ixtilafın çarəsi təhsil, yardım və tolerantlıqda olduğunu dedi. Gülənin çox fədakar insan olduğunu deyən Bədəlbayev Fəthullah Gülənin yazdığı kitablardan əldə olunan gəliri tələbələrə təqaüd kimi payladığını xatırlatdı. Bu sözdən sonra salonda alqış tufanı qopdu.

DAP Qırğızıstan nümayəndəsi Mustafa Başkurt platformun dünya miqyaslı fəaliyyətləri və Qırğızıstanda görülən işlər barədə məlumat verdi. Qonaqlara təqdim olunan Gazeteciler ve Yazarlar Vakfı, Fəthullah Gülən və Dialoq Avrasiya Platformundan bəhs edən qısametrajlı filmin ardından konfrans iştirakçıları mövzu ilə bağlı fikirlərini paylaşdılar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.