"Türk Məktəbləri Ehtiyac Olduğumuz Sülhün Zəmanətidir"

Qırğızıstanın Baş Naziri Almazbek Atambayev ölkədə fəaliyyət göstərən Beynəlxalq Səbat Təhsil Qurumlarının filialı olan Qırğız-Türk Oş Səma Liseyinin yeni binasının açılış lentini kəsdi. Liseyin açılış tədbirinə Baş Nazir Atambayevlə yanaşı Oş Şəhər Bələdiyyəsinin Sədri Melis Mırzakmatov, Nəqliyyat Naziri Erkin İsakov, Türkiyə Cümhuriyyəti Bişkek Səfirliyinin Təhsil üzrə Müşaviri Nazmi Bozoğlan, Səbat Təhsil Qurumları İdarə Heyətinin Başçısı Orxan İnandı, məktəb nümayəndələri və valideynlər qatıldı.

"Türk Məktəbləri Ölkədə Ehtiyacımız Olan Sülhün Zəmanətidir"

Açılış tədbirində çıxış edən Baş Nazir Almazbek Atambayev Qırğızıstan-Türk məktəblərini yaxından tanıdığını və uğurlarını təqdir etdiyini bildirərək: "Həm Qırğız rəhbərliyi olaraq, həm də şəxsən özüm bu məktəblərin sayının artmasını arzu edirik. Məktəblərin iki ölkə əlaqələri ilə yanaşı, ölkəmizdə yaşayan digər millətlərlə münasibətlərimizə də öz töhfəsini verir. Çünki bu məktəblərdə digər millətlərin nümayəndələri də təhsil alır. Bu mənada bu məktəblərin sayının artması ölkədə ehtiyacımız olan sülhun, sabitliyin və parlaq gələcəyimizin zəmanətidir" – dedi.

Daha sonra yeni məktəb binasının açılış lentini kəsən Atambayev və rəsmi heyət məktəbi gəzərək yeni bina haqqında Səbat Təhsil Qurumları İdarə Heyəti Başçısı Orxan İnandıdan məlumat aldı. Qırğız müəllimlərin dərsini dinləyən Atambayev məktəbin xatirə dəftərini imzaladı. “Səbat”ın fəaliyyətlərindən məmnun olduğunu deyən Baş Nazir Türkcə "Sizə çox təşəkkür edirəm, hörmətli arkadaşlar" deyərək uğurlarının davam etməsini dilədi.

Oşa Ən Böyük Sərmayə Türk Məktəbləridir

Oş Bələdiyyə Başçısı Melis Mırzakmatov isə Oşdakı Səma Liseyinə və fəaliyyətlərinə yaxından bələd olduğunu bildirərək "Bu kimi təhsil fəaliyyətləri həm ölkəmizə, həm şəhərimizə ən böyük sərmayədir" – dedi.

Açılışda söz alan Səbat Təhsil Qurumları İdarə Heyətinin Başçısı Orxan İnandı isə çıxışında "Qırğızıstan bizim Ata yurdumuzdur. Burada həyata keçirilən təhsil fəaliyyətləri yardım deyil, vəfa borcumuzdur. Keçmişdə Qırğız xalqı bizə kömək etmişdir, biz Türk xalqı olaraq bunu unutmamışıq. Bu gün vəfa borcumuzü qaytarmaq üçün buradayıq. Biz 1992-ci ildə fəaliyyətə başladıqdan bu günə qədər Qırğızıstan dövləti və rəsmilərindən daim qayğı görmüşük. Təhsil fəaliyyətlərinin uğurunda dövlət səlahiyyətlilərinin və övladlarını bizə əmanət edən valideynlərimizin böyük rolu var. Ümid edirəm ki, bu məktəblərdə oxuyan şagirdlərimiz aldıqları yüksək təhsil və tərbiyə ilə ana-atalarına layiqli övlad və Qırğızıstana da faydalı bir nəsil olaraq ölkənin ümidi olacaqlar. Səbat Təhsil Qurumları olaraq Türkiyə ilə Qırğızıstan arasında qardaşlıq və dostluq əlaqələrinin inkişafında Qırğız xalqına yaxşı nəsil yetişdirmək naminə əlimizdən gələni əsirgəməyəcəyik" – dedi.

T. C. Bişkek Səfirliyi Təhsil üzrə Müşaviri Nazmi Bozoğlan da "Təhsildə əsas məqsəd yaxşı və tərbiyəli nəsil yetişdirməkdir. İnsana dəyər verilərək yetişdirilsə, dünyada müharibələr, qan və göz yaşı, aclıqdan ölən insan sayı azalar. Müharibəyə sərf edilən pullar insanın səadətinə xərclənməlidir. Belə olarsa, dünya yaşamağa dəyər bir məkana çevrilər. Bu cür təhsil fəaliyyətlərinin həyata keçirilməsi və sevgi məktəblərinin açılması, yaxşı və faydalı nəsil yetişdirmə qayəsi dünyada sülhə sevgi və qardaşlığa mükəmməl bir qatqıdır. Bu mənada həm özüm, həm də T.C. dövləti olaraq bu məktəblərin arxasındayıq".

Açılış mərasimində Orxan İnandı Baş Nazir Almazbek Atambayevə xatirə lövhəsi hədiyyə etdi. İnandı həmçinin məktəbin binasını inşa edən 'Xas Quruluş' inşaat firmasının nümayəndəsi Necmeddin Adəmoğluna da təşəkkür lövhəsi təqdim etdi. Tədbir şagirdlərin rəqs və şeirləri ilə sona çatdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.