Qürbətdə Bayram Hüznünü Uşaqlar Azaltdı

Fəthullah Gülən Ramazan Bayramını yenə də qürbətdə keçirmənin hüznünü yaşayır. Bayram namazının arxasınca yaxın dostları və Amerikada məskunlaşmış türklərlə bayramlaşan Güləni ən çox uşaqların bayram əhval-ruhiyyəsi sevindirdi.

Cibxərcliyi verərək onları sevindirən Gülən, bayramların əhəmiyyətli zaman dilimlərindən biri olduğunun unudulmamasını istəyir və belə tövsiyə edir: "Bir yerə toplanmaları, söhbəti-cananla dəyərləndirmək lazımdır. Ya Leyladan bəhs et ya da sükut et. Hər kəsin bir Leylası var. Sizin də Leylanız O (c.c.) olmalıdır."

Şəkər xəstəliyinə və təzyiqinə görə daim həkim nəzarəti altında olan Gülən, Ramazan Bayramını yaxın dostları və ətrafda yaşayan qonşuları ilə keçirdi. Səhər yeməyindən sonra onu görməyə gələn qonaqlarla bayramlaşan və qısa müddət söhbət edən Gülən, uşaqlara da müxtəlif hədiyyələr verərək onları sevindirdi. Ramazan bayramlarının dəyərləndirməsi ilə əlaqəli verilən suala Fəthullah Gülən belə cavab verdi: "Gözəl günü gözəl işlərdə dəyərləndirmək lazımdır. Bayram günləri əhəmiyyətli zamanlardır. Ana-ataların əlini öpmək, onların xeyir-dualarını almaq lazımdır. Bayramda hər sözü-söhbəti Söhbəti-Canana gətirməliyik. Söhbətlərimizi Allahla, peyğəmbərlə bəzəməliyik. Onun xaricində qalan şeylər boşdur. Ya Leyladan bəhs et ya da sükut et. Hər kəsin bir Leylası var. Sizin də Leylanız O (c.c.) olmalı. Onu dilə gətirməliyik." (İdris Gürsoy, Nyu York)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.