Qürbətdə bayram sevinci
Fəthullah Gülən Xocaəfəndi növbəti bayramı da qürbətdə yaxınları və sevənləri ilə birlikdə qarşılayıb. Sübh namazının ardınca Xocaəfəndi tələbələri ilə Türkiyə və İslam coğrafiyası olmaqla bütün bəşəriyyət üçün təxminən bir saata yaxın dua edib.
Bayram namazı xütbəsini oxuyan Osman Şimşək İslam dinində ümidsizlik və bədbinlik olmadığını, möminlərin indiyədək hansı çətinliklərdən keçdiyini yada salarlarsa, ilahi inayəti hiss edəcəklərini söyləyib.
Qurani-Kərimin Allahın möminlərə keçmişdəki ağrılı-acılı günləri xatırlamağı əmr etdiyini söyləyən Şimşək Səadət Əsrindən misallar çəkərək Cənabi-Haqqın ehsanlarını diqqətə çatdırıb. Osman Şimşək millətin çox çətin günlər yaşadığını, lakin bu hadisələrin müsəlmanları ümidsizliyə deyil, əksinə hər kəsin öz nəfsini hesaba çəkməsinə sövq etməsi lazım gəldiyini vurğulayıb.
Şimşək bir vaxtlar Peyğəmbərimizə yalnız Həzrəti Əbu Bəkir kimi bir neçə səhabənin arxa çıxdığını, səhabələrin işkəncə, təcrid, hicrət və bir sıra çətinliklərlə üzləşdiyini, lakin ardınca Cənabi-Allahın onları ilahi yardımla ucaltdığını, firavan günlərdə keçmişdəki ağrılı-açılı günləri xatırlayıb şükür etməyə təmbeh etdiyini xatırladıb. Sözü bu dövrə gətirən Şimşək deyib: “Allah bizə yoxdan çoxlu lütflər ehsan etdi. Əgər biz bu gün özümüzü yaxşıca hesaba çəksək və Allaha layiqincə təvəccöh etsək, inşallah Rəbbimiz bizə iki qanşallahtını verəcək.”
Müsəlmanların yenə əzmlə və layiqincə işlərini yerinə yetirməsi lazım gəldiyini söyləyən Şimşək çətinliklərin Rəbbə yönəlmək üçün bir vəsilə olduğunu söyləyib.
Xocaəfəndi xütbənin ardınca toplu dua və təkbirdən sonra ona baş çəkməyə gələn qonaqların bayramını təbrik edib. Hər bayramda olduğu kimi, Xocaəfəndi uşaqlara cib xərcliyi və şokolad paylayıb.
- tarixində yaradılmışdır.