Qürbətdə ramazan

Qürbətdə ramazan

Möhtərəm Fəthullah Gülən Xocaəfəndi və tələbələri ramazan ayını bu il də qürbətdə keçirir. Fəthullah Gülən Xocaəfəndinin tələbəsi Osman Şimşək dua, ibadət və ixlasla keçən qürbət ramazanlarından bəhs etdi.

Osman Şimşək Irmak TV-nin sahur verilişində qürbətdə keçən ramazan günlərindən bəhs etdi. Hər insanın ruhunda əbədiyyət iştiyaqı[1] olduğunu söyləyən Şimşək sözünə belə davam etdi: “Xocaəfəndi də deyir ki: “Ramazan sonsuzluq (əbədiyyət) iştiyaqı ilə insan arasındakı pərdəni aradan qaldıran bir vəsilədir. Bu səbəbdən o (ramazan) üfüqdə görünər-görünməz qəlbin hər bir guşəsində səssiz-səmirsiz uyuyan eşq, şövq, iştiyaq birdən cana gəlir və vüsal arzusuna inqilab[2] edir.” Aylardır ki, Xocaəfəndi söhbət etmir. Heç gözləmirdik. Ramazanın ilk sahur, ilk təravih günü təklifimizi imtina etməyib ramazan ayından bəhs etdi.

Aylardan sonra söhbət etdi və “Nə olar ramazanda üfüqlərinizi qarardan məsələləri bir kənara qoyun. Ramazan tamam başqa şeydir, gəlin bunu gözəl dəyərləndirək. Qoy o bizi öz rəngi ilə boyasın”, - dedi. Və belə bir çağırışı oldu: “Gəlin Allahdan iştiyaq istəyək. Onu düşünəndə qəlbimiz cuşa gəlsin. Onu düşünəndə Ona qovuşma arzusu ruhumuzu sarsın. Ondan Onu istəyək, Onu arzulayaq...” Qürbətdə ramazan günləri məhz bu iştiyaq və vüsal axtarışı ilə keçir.

Xocaəfəndi orucu çox çətin tutur. Yaşına, xəstəliklərinə baxmayaraq qətiyyən orucunu buraxmır. Həkimləri “Xocam, səhhətiniz yaxşı deyil” deyəndə “Oruc tutmasan, onsuz mən ölərəm” şəklində cavab verir. Kaş vicdanlı hər bir insan Xocaəfəndinin bir günlük orucunu görsə... Təsəvvür edin ki, biz rahatlıqla iftarımızı, sahurumuzu edirik. Ancaq O, belə deyil. “Nə qədər su içsəm, qanın laxtlanması tənzimlənər? Nə qədər, məsələn, zeytun yesəm, yaxşı olar?” deyə dəqiq hesablar aparır.

İnsulin iynəsini vurdurur. Gün ərzində şəkərin düşmə ehtimalı var. Ona görə iynəli yanında gəzdirir. Ötən il iki orucunu pozmağa məcbur qalmışdı. Pozanda da yeməklə, su ilə deyil, iynə vuraraq pozmuşdu. Əvvəlcə onların fidyəsini verdi. Amma ürəyi rahat olmadı, daha sonra il ərzində həmin iki günün qəzasını tutdu. Əlhəmdülillər, bu il belə bir şey olmadı. Hazırda oruc tutmağa davam edir.

Xocaəfəndi sahur yeməyindən sonra imsaqdan on beş dəqiqənin keçməsini də gözləyərək sabah namazını qılmağa gəlir. Böyük məsciddə hamı birlikdə namazımızı qılırıq. Namazdan sonra təsbihat oxunur. Təsbihatdan sonra günün dərs proqramı başlayır. Dərsimizin mövzusu: Quranı idrak etmək. Əvvəlki illərdə də bir neçə dəfə bəhs etmişdim, bir sıra məalları oxuyub xətm etdik. Son iki-üç ildir Xocaəfəndi fərqli bir metoda baş vurub. Birinci gün Almalı Hamdi Yazır Əfəndimizin təfsir kitabını cümləbəcmlə oxuyuruq. Xocaəfəndi qulaq asır, izaha ehtiyac varsa, izah edir. İkinci gün dostlarımız əvvəlki gün oxunan ayələri Zəmahşəri həzrətlərinin, Maturidi həzrətlərinin, İmam Razi həzrətlərinin, Seyyid Qütb həzrətlərinin Quran təfsirlərindən oxuyub hazırlaşırlar. “Bizdəki təfsirdə də filan yanaşma var” deyirlər. Xocaəfədni də onları dinləyir, bəzən müdaxilələr edir. Razı olmadığı məsələləri sələfə qarşı ədəbini pozmadan dilə gətirir. Bununla bir mənada o, bizə sələfi-salehini doğru anlama, fikirlərini doğru çatdırma ədəbini öyrədir. Dərs hər gün iki saata yaxın davam edir. Gecələr yatmadığına görə, dərsdən sonra kərahət vaxtının çıxmasını gözləyir. Daha sonra bir az istirahət edir. Gün boyu namazları bizimlə birlikdə qılır. Ona ərz olunan kitablar var. Öz söhbətlərindən və ya keçmiş məqalələrindən hazırlanan qovluqlar var. Gündüz onların təshihi ilə məşğul olur. İmkan daxilində aktual məsələlərdən uzaq olamağa çalışır. Bəzən, səthi şəkildə xəbərlərə göz atır. Vacib görüləsi işlər varsa, onlarla məşğul olur.

http://www.irmaktv.com.tr/programlar/ozel-klipler/arsiv/4888

[1] İŞTİYAQ is. [ər.] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət. Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən.
[2] İNQİLAB is. [ər.] Dəyişiklik, dəyişkənlik.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.