Qürbətdə yenə hüzn var…
Fəthullah Gülən Xocaəfəndi bu bayramı da qürbətdə keçirdi. Bayram namazını ziyarətinə gələn qonaqlarla qılan Xocaəfəndi son üç əsrdə çəktiyi əzab-əziyyətdən həqiqi bayrama həsrət qalan İslam aləmindən bəhs edən xütbəni dinləyərkən göz yaşlarını saxlaya bilmədi.
Bu bayram da hüznlü keçdi. İllərdir Türkiyədən uzaqda qürbət ellərdə yaşayan Fəthullah Gülən Xocaəfəndi bayram namazını ziyarətinə gələn qonaqlarla qıldı. Bayram namazından sonra oxunan xütbədə Möhtərəm Xocaəfəndi göz yaşlarını saxlaya bilmədi. Xütbədə İslam aləminin son üç əsr çəkdiyi əzab-əziyyətlərdən, bu dünyanın uzun müddətdir ki, həqiqi bayramlara həsrət qalmasından bəhs olundu.
Müsəlman aləminin çəkdiyi əziyyətlər sona yetənə qədər bayramların bir mənada hüznlü keçəcəyindən bəsh edən xütbədə belə deyilir: "Yaxında Suriya, uzaqda Myanma, yer üzündə zülm, qan və göz yaşı!.. Müsəlman coğrafiysında cəhalət, iftiraq (fikir ayrılığı), yoxsulluq baş alıb gedir… Ümməti-Məhəmməd pərişan, dərbədər, İslamın çöhrəsinə qara yaxılmış, hər tərəf zülmət... Həqiqi möminlər bir-birini sevər, mərhəmət göstərib şəfqət edərlər… Onlar bir bədənin üzvləri kimi sıx əlaqədirlər və bir-birinin ağrı-acılarına ortaq olub onlarla kədərlənir, onlarla sevinirlər, onlarla gülüb onlarla ağlayırlar. Möminlik bunu tələb edirsə və zülmə, xəyanətə məruz qalmış insanların məlul, qəmqin və kədərli gözləri bizə dikilibsə, biz necə bayram keçirə bilərik!.. Hər gün gələn şəhid xəbərləri ürəyimizə dağ çəkirsə, “Məni ikiyə bölsünlər, amma vətənimin bir qarış torpağına dəyməsinlər!” fikriylə oturub-duranların göz yaşları sel olub axırsa, biz necə sevinə bilərik! Bu qədər faciəyə və bu qədər zülmə biganə ancaq kor, kar, qəlbisizlər qala bilər. Görürüksə, hissiyyattımız ölməmişsə, "Mənə nə!" deyə bilmərik. Deyiriksə, aman Allah, bu nə böyük qafillik, bu nə amansız biganəlikdir ki, İsrafilin surutək vəlvələni də duya bilmirik."
Oxunan xütbədə insanlığa xidmət idealıyla dünyaya yayılan könüllülər də yad edildi: ''Bizim vəzifəmiz aidiyyət düşüncəsinə qapılmadan hər birində yaradılışın ayrı bir təbiəti öz əksini tapan bu insanlara qarışmaq, onlardan biri olmağa çalışmaqdır. Çünki bu mücahidə igidləri, Quran xadimləri, təbliğ könüllüləri və təmsil qəhrəmanlarından ayrı qalmamaq möhkəm bir qulpdan yapışmaq deməkdir… bütün dünyaya əkilən toxumlar Allahın inayəti ilə, bir gün mütləq cücərəcək, hətta çürüdüyünü zənn etdiyimiz belə vaxtı-vədəsi gəlincə bərəkətli sünbül kimi öz bəhrəsini verərəcək və öz nəğmələrini tərənnüm edəcəkdir."
Bayram namazından sonra Xocaəfəndi uşaqları da unutmadı, hədiyyələr paylayıb bayramlarını təbrik etdi.
- tarixində yaradılmışdır.