Qürbətdəki Müəllim M. Fəthullah Gülən

İnsanlar onların həyat yollarını istiqamətləndirmək, haqqı nahaqdan ayırd edib doğru olanı tapmaq və könül bağladıqları ali həqiqətləri görüb nümunə götürmək üçün ətraflarını aydınladıb yolların zülmətini yox edəcək, keçilməz cəngəlliklərdən cığırlar açıb insanları arxasınca aparacaq, zülmət gecəyə çaxan ani ildırımların parıltısından istifadə imkanlarını öyrədərək ən çətin şərtlərdə belə çıxış yolları göstərəcək böyük şəxsiyyətlərə, fikir memarlarına həmişə ehtiyac hiss edərlər. Onlar böyük səhralarda bitən, kökləri dərinlərə işləmiş, ən təmiz və dəyərli qaynaqlardan qidalanan, təmsil etdikləri həqiqətlərə mətinliklə sahib çıxan,heç bir halda öhdəsinə düşəni yerinə yetirməkdən boyun qaçırmayan, məskənlərini və imkanları ölçüsündə bütün torpağı aşınmadan, dağılmaqdan qoruyan, ətraflarında olanları da nümunəvi halı ilə belə olmağa çağıran, yorulub əldən düşənləri də kölgəsinə alaraq yenidən ümid səmalarına yüksəldən, ətraflarına haqqı, həqiqəti,özünə inamı, haqqa bağlılığın, yaradılış qayəsinə bağlı yaşamağın ən böyük səadət olduğunu aşılayan, səssiz duruşlarından belə əzəmət, ucalıq yağan ağaclar kimidirlər. Bəlkə də, onları eyni həqiqətləri fərqli şəkildə təmsil edən möhtəşəm dağlara bənzətmək yerinə düşərdi, bilmirik... Amma onu bilirik ki, bəşəriyyət belə insanların bələdçiliyi ilə ondan gözlənilən hədəfə doğru gedir, kamil insan olma həqiqətini tanıyır.

Müasir cəmiyyətimiz İslam dünyasının tanınmış simalarından biri olan Muhamməd Fəthullah Gülən Xoca Əfəndini yaxından tanımaqla onun da məhz bu silsilənin mənsublarından biri olduğunu görəcək, bütün insanlığa iki cahan səadətini bəxş edən uca dinimiz İslamın hər kəsi qucaqlayan, hər cür problemə həll yolları göstərən ümumbəşəri bir sistem olduğuna onun keşməkeşli, min bir çilə ilə dolu həyatı timsalında şahid olacaqdır.

Bu gün dünyanın bir çox ölkəsində tanınan Fəthullah Gülən Xoca Əfəndini Azərbaycan oxucularının tanıması da yuxarıda bəhs olunan həqiqətlərin reallaşması baxımından çox faydalı olardı. Bəhs etdiyimiz mövzu ilə bağlı, bəlkə də, birinci olan "Qürbətdəki müəllim M. Fəthullah Gülən" kitabı onun kimi böyük alimin xidmətləri fonunda çox cüzi görünsə də, həyatını əqidəsi uğrunda şam kimi əridən bu könül insanının ömür yolunu işıqlandırmaqla oxucuları maraqlı fikir, ideya və faktlarla tanış edəcək.


"Xəzər Nəşriyyatı" tərəfindən nəşr olunan "Qürbətdəki Müəllim M.Fəthullah Gülən" kitabını "Nil" və başqa kitab mağazalarından əldə edə bilərsiniz.

Məlumat üçün Tel.: (994 12) 480 1338

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
http://www.xezernesriyyat.com

"Qürbətdəki Müəllim M. Fəthullah Gülən" kitabındaki yazıları oxumaq üçün düyməyə basın.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.