Rıbakov: Gülən Məktəbləri Böyük Nailiyyətdir

Rusiya Elmlər Akademiyasının Professoru Şərqşünas Rostislav Borisoviç Rıbakov yeni etik anlayışa ehtiyac olduğunu vurğuladı. Antaliyada təşkil olunan "Sülh Təlimində Xoşgörü və Ayrı-Seçkilik" adlı yığıncaqda açılış nitqi söyləyən Rıbakov: "Təhsil ictimai həyatda və yeni nəslin yetişməsində böyük əhəmiyyət kəsb edir . Yeni bir ümumbəşəri etik normanı formalaşdırmaq üçün isə yeni bir elm tarixi meydana gətirməliyik," -dedi.

Dialoq Avrasiya Platforması dönəm başçısı Rıbakov yığıncaqda məqsədəuyğun mövzuların seçilməsinin təqdirəlayiq olduğunu söylədi. Mövzu barədəki fikirlərini: "DA yığıncaq mövzularını məqsədəuyğun seçir. “Terror və dialoq”, ”Terror və din”, “Din və dialoq” mövzuları ətrafında müzakirələr apardıq. Bu toplantılar DA platformasının meydana gətirilmə amillərini göstərir. Bir çox məsələ keçmiş həyatımızla bağlıdır. Qloballaşma, şəraitin təzyiqi; bütün bunlara əsasən yetişdirəcəyimiz nəsil müəyyən olunur," sözləri ilə izah edən Rıbakov çıxışını: "Təhsil ictimai həyatda və yeni nəsillərin yetişdirilməsində böyük əhəmiyyət kəsb edir. Beləcə, yeni bir sahəyə addım atırıq. Bu sahə yeni ümumbəşəri etik normalar sahəsidir. Bizim üçün bu sahədə əməkdaşlıq zəruridir. Bütün bunlar bir-birimizi sevməyə, empatik əlaqələr qurmağa kömək edəcək" -deyə sözlərinə davam etdi.

Təhsildə böyük islahatların həyata keçirildiyini vurğulayan Rıbakov F. Gülənin fikirlərindən faydalanmaqla dünya miqyasında açılan Türk məktəblərinin isə böyük nailiyyət olduğunu, tolerantszılığa qarşı bir ümid mənbəyi olduğunu bildirdi. Rıbakov nitqinə belə davam etdi: "Yeni ümumbəşəri etik normaları formalaşdırmaq üçün yeni bir elm tarixi meydana gətirməliyik. Ölkələr təhsil nazirlərinin müdaxiləsi ilə formalaşır. Dərs kitablarından düşmənçilik xarakterli söz və ifadələri çıxaran Türkiyənin tarixi dəyişir. Təhsildə aparılan islahatlarla düşmənə baxış tərzi dəyişir, kitablara yaxşı qonşuluq münasibətləri daxil edilir. Buna bağlı olaraq Türkiyənin gələcəyinin bünövrəsi atılır. Təhsil sistemi ilə yanaşı qonşuları sevməli, onlarla müsbət yönlü münasibətləri inkişaf etdirməliyik. Bu isə yeni bir təhsil sistemi ilə mümkündür. Müəllim-şagird münasibətləri yenidən tənzimlənməlidir. DA bu mövzuda əlindən gələni edir. DA-nın bu sahədəki harayını eşitməmək qeyri-mümkündür. Türkiyədə təhsil sahəsində çox işlər görülür. Gülən hərəkatının sadəcə Türkiyədə deyil, bütün dünyada açdığı məktəblər bu sahədə əldə edilmiş çox böyük nailiyyətdir. Bu nailiiyyətdən istifadə etmək lazımdır".

Açılış çıxışında düşüncələrini bölüşən Azərbaycan Atatürk Mədəniyyət Mərkəzi Direktoru Nizami Cəfərov isə “Gülən Məktəbləri” ünvanı ilə tanınan məktəblərin təhsil proqramlarının dünya miqyasında mənimsənildiyini və xoşgörü təhsili istiqamətində tədqiqata layiq olduğunu ifadə etdi. Bu mənada, bu təhsil sisteminin müxtəlif ölkələrdə rahatlıqla istifadə oluna biləcəyini vurğuladı.

"Əvvəllər azərbaycanlı gənclər oxuduqları kitablardan Türkiyənin düşmən olduğunu öyrənirdilər" -deyən Cəfərov hal-hazırda bu fikirlərin cəfəngiyyat olduğunu vurğuladı. Bu səbəblə köhnə kitabların yenidən gözdən keçirilməsinin zərurət olduğunu qeyd etdi.

Platformanın qurucularından biri “Jurnalistlər və Yazıçılae Vəqfi (Gazeteciler ve Yazarlar Vakfı)“nin sabiq Rəhbəri Harun Tokak isə Avrasiya xalqlarının bir-birlərini kifayət qədər tanımadığını qeyd edərək bu istiqamətdə xidmət göstərəcək ali təhsil ocaqların qurulması zərurətindən bəhs etdi. Xoşgörü məqsədi ilə Türk tarix kitablarından düşmənçilik təbliğ edən ifadələrdən təmizləndiyini vurğulayan Tokak, Türkiyənin bu fəaliyyətini Avrasiyaya nümunə olaraq göstərdi. Çıxışında: "Meydanlarımız döyüş qəhrəmanları ilə doludur, bəs bir mədəniyyət qəhrəmanımız haradadır? Bu abidələrlə fərqinə varmadan yeni nəsli müharibə yönümlü yetişdiririk. Bu dövrdə bir-birimizi anlama və araşdırma adına ali təhsil ocaqlarımızın kifayət etmədiyini ifadə etmək istəyirəm. Bu səbəblə münasibətlərimizin dostluq istiqamətində inkişafının təmin edilməsi üçün buna bənzər ali təhsil ocaqlarının açılması da faydalı olar", -deyən Tokak alınan bir qərar əsasında qurulacaq “Etik Şura” ilə bağlı tezliklə fəaliyyətə başlanmasını istədi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.