Royters: "Gülən mədəniyyətin və ədalətin müdafiəçisidir"

Dünyanın ən böyük xəbər agentliklərindən olan "Royters" tanınmış düşüncə adamı Fəthullah Gülən, onun Türkiyədəki və dünyadakı fəaliyyəti haqqında çox geniş bir dosye yayınlamış, həmin sənəddə Güləni mədəniyyətin və ədalətin müdafiəçisi adlandırmışdır.

Mərkəzi İngiltərədə yerləşən “Royters” informasiya agentliyi dünyanın dörd bir yanında fəaliyyət göstərən türk liseyləri, bu təhsil ocaqlarında çalışan könüllülər hərəkatı və Fəthullah Gülən haqqında məqalə yayımlayıb. İstanbuldakı Fatih Kollecində şagird və müəllimlərlə görüşən agentliyin müxbiri Aleksandra Hudson hərəkat haqqındakı fərqli fikirlərin ölkədəki fərqli ideoloji və güc mərkəzlərinin mübarizəsini əks etdirdiyini söyləyib. Məqalədə Fəthullah Gülən dünyada sülhün, dostluğun və mədəniyyətlərarası əlaqələrin müdafiəçisi kimi təqdim edilir və Gülənin tövsiyələrinin media, xeyriyyəçilik və xüsusilə də, təhsildə aktiv olan güclü bir insan kütləsinə ilham qaynağı olduğu ifadə edilib. Yazısında hərəkatın dünyada 800 məktəblə fəaliyyət göstərdiyini açıqlayan Aleksandra Hudson məktəblərin elm və texnologiyaya yiyələnməyi hədəfə aldığını, şagirdlərini yüksək zirvələri fəth etməyə həvəsləndirdiyini vurğulayıb.

Agentliyin xəbərində Gülənin tövsiyələrinin dünyəvi dövltlə dinmərkəzli güclər arasında ən doğru uzalşma yolu olduğu vurğulanır. Xəbərdə o da yer alır ki, ABŞ-ın məşhur Kambric Universitetinin professoru, İslam araşdırmaları üzrə mütəxəssis Timoti Vinter bu hərəkatın əsas qayəsinin dindar və dünyəvi türklərin təhsil vasitəsilə birlikdə yüksəlişini təmin etmək, dinlər və mədəniyyətlər arasında əlaqələrin müsbət istiqamətdə inkişafına təkan vermək olduğunu yazır. Xatırladaq ki, qısa müddət öncə “New York Times” qəzeti də eyni səpkili məqalə yayımlamışdı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.