Ruandada Türk məktəbi açıldı

Ruandada Türk məktəbi açıldı

Ruandada “Hop kids akademi (Hope kids academy)” adlı Türk məktəbi açıldı. Açılış mərasimində Türkiyənin Ruandadakı səfiri Məlih Uluərən, Kenya-Türkiyə beynəlxalq məktəblərin müdiri Əjdər Qılıc, Uqanda-Türkiyə beynəlxalq məktəblərin müdiri Adnan Alqış, millət vəkilləri, yerli vətəndaşlar və çoxsayda media işçiləri iştirak etdi. Mərasimdə çıxış edən məktəb müdiri İsa Yılmaz bu ölkədə olmaqdan məmnun olduqlarını, Ruandaya və Ruandanın övladlarına xidmət etmək üçün gəldiklərini bildirdi. Məktəbin imkanlarından da danışan Yılmaz təhsil ocağının laboratoriaları, “ağıllı lövhə”ləri, yüksək sürətli interneti, musiqi otaqları, emalatxanası, futbol, basketbol və voleybol meydançaları, üzmə hovuzu, həmçinin zəngin kitabxansı da olub məktəblilərin istifadəsinə verildiyini açıqladı.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.