Rusiya Dövlət Dumasında Fəthullah Gülənin ideyaları müzakirə edilib

Bir neçə gün əvvəl Rusiya Dövlət Dumasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Liberal Demokrat Partiyasının təşkilatçılığı ilə "Çağdaş dünya üçün Qandinin əhəmiyyəti: tarix və sosial perspektiv" mövzusunda konfrans keçirilib. Tədbirdə türkiyəli fikir adamı Fəthullah Gülən və Mahatma Qandinin ideyaları müqayisəli şəkildə müzakirə edilib. Ötən əsrdə yaşamış Hindistan dövlətinin qurucusu Mahatma Qandinin ingilislərə qarşı seçdiyi mübarizə üsulu - hər cür zorakılığa qarşı xalqın mütəşəkkil və israrlı müqavimət məsələsi gündəmə gətirilib və onun bir siyasətçi olduğu vurğulanıb. Günümüzdə isə türkiyəli Fəthullah Gülənin siyasi yollarla deyil, insanın şüurunda, təfəkküründə inqilab etməklə bəşəriyyətin gələcəyini düşünən bir şəxsiyyət olduğu xüsusi olaraq vurğulanıb. Şərqşünaslıq İnstitutunun direktoru, professor Rostislav Rıbakov "Gülənin fikirlərinə, irəli sürdüyü ideyalara çağdaş dünyamızın böyük ehtiyacı var. Dünya bu ideyalara sahib çıxmaqla aydın sabahlara qovuşa bilər" - söyləyib.

Konfransda iştirak edən Rusiyanın tanınmış ziyalıları, professorlar və eləcə də Dialoq Avrasiya Platformasının Rusiya üzrə nümayəndəsi Fəthullah Gülənin ideyalarının təbliğinin və mənimsənilməsinin əhəmiyyətindən danışıblar.

Qandi və Gülən arasında bir çox məsələlərə yanaşmada oxşarlıq olsa da, əslində bu iki tarixi şəxsiyyətlər arasında böyük fərqlər var. Qandidən fərqli olaraq Gülən siyasətçi deyil. Tədbirdə Fəthullah Gülənin qlobal problemlərin dinlər və mədəniyyətlərarası dialoq vasitəsilə aradan qaldırılmasının mümkünlüyünü irəli sürdüyü xüsusilə vurğulanıb.

Toplantıda iştirak edən Rusiya Dövlət İqtisadiyyat Universitetinin professoru Leonid Sukyanin isə Fəthullah Gülənin ideyalarında ayrı-ayrı millətlərin və ya hər hansı dinin təəssübkeşliyindən daha çox, bəşəriyyətə sevginin, "yaradılmışı Yaradana görə sevməyin" geniş yer tutduğunu və bugünkü dünyamızın da ən çox bu cür düşüncəyə möhtac olduğunu söyləyib.

{module Duma Övgü}
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.