Rusiya filosofu: “Fikirləri bütün dünya üçün vacibdir”

Rusiya filosofu: Fikirləri bütün dünya üçün vacibdir

Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru Abdussalam Quseynov Fəthullah Gülənin zorakılığı pisləyən böyük alim və müəllim olduğunu deyib.

Həmçinin Moskva Dövlət Universitetinin Fəlsəfə kafedrasının dekanı olan Quseynov gücünü zorakılıq və nifrətdən alan qüvvələrin bu cür insanları terrorizmlə ittiham etməsinin təbii hal olduğnu bildirib. Etika və əxlaqi dəyərlər üzrə bir çox elmi tədqiqatın müəllifi olan Rusiya alimi: “Tarix təkrar edir. Gücünü zorakılıqdan alanlar zorakılığə pisləyənləri təkləyir. Haqlı olduğunu sübuta yetirmək üçün Güləni terrorizmlə ittiham edirlər. Baxın, sülhsevərliyi ilə tanınan Mahatma Qandi və Martin Lyuter Kinqi qətlə yetirdilər. Bu təbii haladır. Bu yol asan yol deyil. Sülh yolunu seçənlər şiddətdən güc alanların hücumuna məruz qalır. Bəziləri zorakılıq və təfriqədən istifadə edərək iqtidarı əlində saxlamaq saxlamaq istəyirlər” deyib.

Təkcə Türkiyə üçün deyil, bütün dünya üçün vacibdir

Gülənin çox səy göstərdiyini, xalqa müəllimlik etdiyini söyləyən Rusiya alimi: “Məncə Gülən doğru olanı edir. Bu, onun inamıdır. Başa düşdüyüm qədər, başqa cür hərəkət etməsi də mümkün deyil. Gülən zorakılığa etiraz edən böyük alimdir. Lev Tolstoyu, Qandini ,Martin Luter Kinqi,və yaponiyalı Daisaku İkedanı hamı tanıyır. Bu insanlar öz mədəniyyət və dünyagörüşünə söykənərək sülhü müdafiə edirlər. Sülhü müdafiə edən, bu fikri həyata keçirən və təhsillə yeni nəsillərə ötürən bir insan təkcə Türkiyə deyil, bütün dünya üçün əhəmiyyətlidir” deyib.

Bəşəriyyətin problemleri sülh yollarla həll etmək mümkündür, bombalara nə hacət

Türkiyənin dünyada tarixi və hərbi qüvvəsi ilə tanındığını söyləyən Quseynov: “Türkiyədən bir alim çıxır və İslamiyyətin zorakılığı qəbul etmədiyini söyləyir. Bunun çox vacib olduğunu hesab edirəm. Harada olur-olsun, hansı sahədə olur-olsun bu fikri müdafiə etmək lazımdır. Bu bambaşqa bir dünyagörüşüdür. Bəşəriyyət tarixinə baxanda, sülhdən çox müharibələrə şahid oluruq. Bəşəriyyətin problemlərini sülh yolla həll etmək lazımdır. İnsan şüurlu bir varlıqdır. Sözlə, müzakirələrlə, arqumentlər ortaya qoyataq məsələləri həll etmək mümkündür. Bombalara nə hacət” deyib.

Hökümranlıq anlayışı zorakılığı körükləyir

Ölkələr arasındakı problemlərin zorakılıq yolu ilə həll olunmadığını, qloballaşma ilə birlikdə mədəni və dini sahələrdə də böyük problemlərin ortaya çıxdığını söyləyən Quseynov: “Bəzi ölkələr və mədəniyyətlər hökümranlıq etmək istəyir. Güc tətbiq etməyə və zorakılığa əl atır. Hazırda bunun təhlükəsi daha da artıb. Müasir texnologiya ilə bütün bəşəriyyəti məhv edə bilərsiniz. Multikuluralizmlə ayaqlaşmaq lazımdır. Qurulan yaxın əlaqələr sayəsində bütün xalqlar və mədəniyyətlər inkişaf etməyə imkan əldə edəcək. Buna əməl edərsək, işıqlı bir gələcəyimiz olar. Dostluq, bərabərlik və ədalət kimi məhvumları tez-tez xatırlatmaq lazımdır” deyə tövsiyə edib.

“Bir xalq başqa xalqa hökmranlıq edə bilməz” deyən Rusiya alimi: “Bir mədəniyyət başqa mədəniyyətə hökmranlıq edə bilməz. İnsanlar təfriqə salır, bir tərəf: “Mən yaxşıyam, o pisdir. Deməli mən sənə əmr edə bilərəm” deyir. Buna etiraz etmək lazımdır. Bu gün artıq insanlar sülhün ali bir fikir olduğunu anlayırlar. Ancaq həyata keçirməyə hələ hazır deyillər. Beyinlərində bu fikir var amma, qəlblərində yox” deyib.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.