Rusiya Qəzeti: F. Gülən Yaşayan Sülh Elçisi

St. Peterburqun rəsmi qəzeti "Peterburgskiy Dnevnik"in son sayında Fəthullah Gülən və dialoq fəaliyyətlərindən, bu fəaliyyətlərin dünya sülhünə töhfəsindən bəhs edildi.

300 min tirajı olan qəzetin redaktoru Vladimir Melnikov F. Gülənin düşüncələrinin “Qandi kimi nəhəng mütəfəkkirlərlə eyni səviyyədə olduğunu” ifadə etdi. Rus ziyalılarının Gülənə verdiyi suallara və Gülənin cavablarına da öz məqaləsində yer verən Melnikova görə, Gülənin yaşayan bir sülh elçisi olması həyəcanverici haldır. Rus ziyalıların Gülənlə müsahibəsinə yaxın vaxtda “Dialoq Avrasiya” jurnalının Rusiya Federasiyası nəşrində geniş yer veriləcək.

Rusiyada Gülənin və həmçinin Türkiyənin kifayət qədər tanınmadığını vurğulayan Melnikov Cihan Xəbər Agentliyinə bunları açıqladı: "Burada dostlarımdan Türkiyə haqqında soruşuram. Ümumiyyətlə, isti dəniz və yüksək səviyyəli otellərdən danışırlar. Şüuraltında bir az da tarixdə apardığımız müharibələr var. Türkiyənin siyasi və iqtisadi quruluşundan agah olan çox az insan var. Bəzən: 'Türkiyənin hökumət başçısı kimdir?” deyə soruşanda: 'Əlbəttə ki, Türk hökuməti” deyə mənlə zarafat edirlər."

Gülən və onun düşüncələrini “Dialoq Avrasiya Platforması” ilə tanış olandan sonra öyrəndiyini qeyd edən Melnikov: “Gülənin həyatda olduğunu öyrənincə həyəcanlandım. Təəssüf ki, böyük insanların dəyəri onlar həyatda olduğu müddətdə bilinmir. Qandi kimi böyük insanların dəyərləri öldükdən sonra bilinməyə başlanır. Gülənin həyatda ikən bu dəyərə layiq görülməsi məni sevindirdi. Tarixi bir şəxsiyyətin fikirlərini izləmək başqadır. Bir də həyatda olan, müasir dövrü şərh edən və ona yön verən müasir bir alimi izləmək tamam başqadır. Müəllimin varlığı şagirdini nizam-intizamlı edir" dedi.

Melnikova görə, Gülənin ən bariz xüsusiyyəti əlində mikrofonla meydanlarda gəzməməsidir. Melnikov Gülənlə bağlı: Gülənin ekranlardan uzaq durması əhəmiyyət kəsb edir. Əlində mikrofon yüksək səslə danışan insanlardan çox fərqlənir. Din və Yaradan haqqında danışarkən səmimi duyğuları təsirli olur. İnsanda səmimiyyət yoxsa, mikrofon heç bir işə yaramaz. Sözlərlə Allaha çatmaq olmaz. Güləndə bu səmimiyyətə şahid oluruq. Onun dialoq və sülhün elçisi olması əhəmiyyətli məsələdir. Dünya sülhü naminə yeganə yol mədəniyyətlərin dialoqudur. Bir müsəlman fikir adamının bu düşüncələri gündəmə gətirməsi ayrı bir önəm daşıyır" fikirlərini paylaşdı. (Faruk Akkan, St. Peterburq)

Qeyd: Məqalənin əsli bu linkdədir: http://www.spbdnevnik.ru/?show=article&id=5050

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.