Rusiya stabillik üçün İslam dünyası ilə əməkdaşlıq qurur

Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Müftülüyü, Moskva Bələdiyyəsi və İslam konfransı Təşkilatı birlikdə "Rusiya və İslam dünyası: stabillik naminə əməkdaşlıq" adlı konfrans təşkil etdi.

Rəngli dəqiqələrin yaşandığı konfransda Moskva Meri Yuri Lujkov özünü "Mücahid" olaraq adlandırarkən, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin çıxışına "Bismillah" ilə başlaması böyük alqışla qarşılandı. Konfransda çıxış edən Dialoq Avrasiya Platforması həmkarı Harun Tokak Fəthullah Gülənin konfransa göndərdiyi məktubu oxudu.

Konfransda Rusiya Müftilər Şurasının rəhbəri Ravil Gaynuddin, Diyanət İşləri Başçısı Ali Bardakoğlu, Moskva Meri Yuri Lujkov, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski, İnquşetya Respublikasının rəhbəri Yunus-Bek Evkurov, Başkırdistan Respublikasının başçısı Murtaza Rahımovla yanaşı Mustafa Sungurun da olduğu çox sayda müfti, din adamı və siyasətçi iştirak etdi.

Mer Lujkovun "Məscid cihadı"

Qurani-Kərimlə başlayan konfransa Rusiya Respublikasının Prezidenti Medvedev də bir təbrik məktubu göndərdi. Medvedev məktubunda: "Milyonlarla müsəlmanın yaşadığı rusiyada İslam mədəniyyət əsərlərini bərpa edir, yeni məscid və mədrəsələr açırıq. İslam dünyası ilə əlaqələrimizi artırmaq istəyirik," – dedi. Rusiya Müftilər Şurasının Başçısı Gaynuddin də çıxışında Rusiya ilə İslam aləminin əlaqələrinin inkişafının bütün dünya üçün faydalı olduğunu vurğuladı.

Liberan Demokrat Partiyasının rəhbəri Jirinovski isə çıxışına "Bismillah" deyərək başladı. Rusiyanın İslam aləmi ilə heç vaxt problemi olmadığını ifadə edən Jirinovski: "Bəzi müsəlman ənənələrini bəyənirəm. İçkiyə qarşı amansız mübarizəsi çox xoşuma gəlir. Sağ əli ölkəmizin başına," – dedi.

Maraqlı bir çıxış da Moskva Meri Lujkov etdi. Müsəlmanların dini ehtiyacları üçün mübarizə etdiyini deyən Lujkov: "Moskvadakı tarixi məscidin yanındakı torpağa hərbi komissarlıq tikmək istədilər. Mən isə məscidə verilməsinə qərar verdim. Mən də cihad etdim," – dedi. Lujkov on ayrı-ayrı bölgələrdə yeni məscidlərin inşa edəcəkləri müjdəsini verdi.

Güləndən sülh məktubu

Konfransa dəvət edilən Fəthullah Gülən göndərdiyi məktubda konfransın zəngin tarixi, mədəniyyət təcrübəsi və öz tərkibində müxtəlif dinləri və millətləri ehtiva edən Rusiya Federasiyasında həyata keçirilməsinin ayrı bir əhəmiyyət kəsb etdiyini vurğuladı. Gülən məktubunda yeni fikirlərin ortaya çıxa biləcəyi zəminin meydana gəlməsində göstərilən həssaslığa görə Medvedev və digər dövlət nümayəndələrini fəaliyyətlərinə görə təbrik etdi. (Faruk Akkan, Yaşar Niyazbayev Moskva)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.