Rusiyada Çirkin Oyun

Moskva Dövlət Universitetinin nəzdindəki Asiya Afrika İnstitunun təşkil etdiyi "Rus-Türk Dialoqu" sərlövhəli proqramda Ankara Universitetindən Erel Tellal ilə Doğu Perinçekin oğlu Mehmet Perinçek Türkiyəni ABŞ-ın Rusiyanı blokadaya alma siyasətinə dəstək verməkdə günahlandırdı. Həmçinin Türk məktəblərinin İslamı ixrac etdiyini də irəli sürdü.

Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitundan Emilyanova Mixaylovna iddiaların qərəzli olduğunu, əksinə məktəblərin bölgənin inkişafına müsbət təsir göstərdiyini dilə gətirdi. İddialar Türkiyənin Moskvadakı Səfiri Xəlil Akıncını da çox üzdü. Səfir Akıncı: "Rusiya Türkiyə ilə əlaqələrin inkişafına qarşı deyil" dedikdən sonra, iddiaları ortaya atanlara: "İstəyirlərsə, Türk məktəblərini araşdıra bilərlər", -dedi.